Ədliyyə Nazirliyi əməkdaşını intizam məsuliyyətinə cəlb etdi

Cəmiyyət


Ədliyyə Nazirliyi əməkdaşını intizam məsuliyyətinə cəlb edib.

Bu barədə qurumdan məlumat yayılıb.

Bildirilib ki, vətəndaş H.Poluyevanın mülki mübahisəsi ilə bağlı Ədliyyə Nazirliyi əməkdaşına istinadən məlumatlar dərc edilib və həmin əməkdaş vətəndaşa düzgün izah verməyib, səlahiyyətlərindən kənara çıxmaqla çaşqınlıq yaradıb.

Qeyd olunub ki, bununla əlaqədar H.Poluyeva müraciətində qaldırdığı məsələ ilə bağlı nazirlikdə vəkili ilə birgə qəbul edilərək ona hüquqları ətraflı izah olunub, habelə qeyd edilən nöqsanlara yol vermiş əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

Xatırladaq ki, bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə keçmiş kürəkəni Sadiq Poluzadə arasında məhkəmə çəkişməsi başlayıb. Həmin vaxt S.Poluzadə Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin işə qərəzli baxdığını, M.Mikayılovun təzyiqi ilə onun əleyhinə qərar çıxardığını iddia etmişdi.

Şikayət ictimailəşdikdən sonra məsələ araşdırılıb, hakim Şəhriyar Əliyevin çıxardığı qərarda pozuntular aşkar edilib və bununla bağlı araşdırma aparılıb. 

Qeyd edək ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə onun keçmiş kürəkəni Sadiq Poluzadə boşansa da, aralarında mülkiyyətə görə məhkəmə çəkişməsi gedir. M.Məmmədovun qızı ona 64 min manat dəyərində qızıl-zinət əşyalarının çatmalı olduğunu iddia edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir