İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə bu ölkənin 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib.
Bu barədə resmixeber.az-a Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.
Belə ki, Avropa Məhkəməsi sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı Ermənistanın tələbinin əsassız olduğuna dair qərar qəbul edib.
Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli qərarını pozduğunu müəyyən etməyib.
www.RESMIXEBER.az