UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin daha bir oyunu başa çatıb.
“resmixeber.az”un məlumatına görə, Azərbaycan təmsilçisi “Sabah”ın potensial rəqiblərindən Şimali Makedoniyanın “Makedoniya” klubu Latviyanın RFŞ kollektivini qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 34-cü dəqiqədə Andrey İliç fərqlənib.
Tərəflər arasındakı cavab görüşü bir həftə sonra olacaq.
www.RESMIXEBER.az