Ötən gecə Rusiya Ukraynaya kamikadze dronları və raketləri ilə hücum edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat xəbər verib.
Onun sözlərinə görə, Krımdan “İskəndər-M” ballistik raket, Qara dənizdən iki “Kalibr”, şimal-şərq (Kursk) və cənub-şərq (Primorsk-Axtarsk) istiqamətlərindən İran istehsalı “Shahed-136/131”lər buraxılıb.
“Nəticədə uğurlu hava hücumundan müdafiə əməliyyatımız oldu, 20 “Shahed”, həmçinin iki “Kalibr” qanadlı raketi məhv edildi. “İsgəndər-M” operativ taktiki raket kompleksindən raket buraxılışının nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – deyə o bildirib.
Qeyd olunur ki, Kiyevdə PUA-ların qalıqlarının düşməsi nəticəsində yaralananlar və ölənlər var.
Mənbə: Obozrevatel
www.RESMIXEBER.az