“Alibaba”nın yaradıcısı rekord həddə “kasıblaşıb”

Dünya


“Alibaba Group”un həmtəsisçisi, çinli milyarder Cek Ma ölkə hakimiyyəti ilə təxminən iki il davam edən münaqişə ucbatından şəxsi sərvətinin 30 milyard dollarını itirib.

Çinin mərkəzi bankının Ma-nın həmtəsisçisi olduğu texnoloji nəhəng “Ant Group”a 7,12 milyard yuan (cari məzənnə ilə 985 milyon dollar) cərimə tətbiq etməsindən sonra iş adamının sərvəti kəskin azalıb.

İyulun 12-nə olan məlumata görə, Ma-nın sərvəti təxminən 30 milyard dollar təşkil edir ki, bu da 2020-ci ilin oktyabrı ilə müqayisədə iki dəfə azdır.

Qeyd edək ki, milyarder 2020-ci ilin oktyabrında Çinin maliyyə tənzimləmə sistemini tənqid etdikdən sonra hədəfə alınıb və ölkəsini tərk etməyə məcbur qalıb.

Məlumata görə, Ma hazırda daimi olaraq Tokioda yaşayır. May ayında o, Tokio Universitetinin Kollecinə qonaq professor kimi daxil olub.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir