Rusiyada kənd yanır – VİDEO

Dünya


Sverdlovsk vilayətinin Şaydurixa kəndində yanğın artıq 27 evi bürüyüb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib.

“Hazırda yanğın 27-ə yaxın evi əhatə edib. 58 nəfər təxliyyə olunub”, – o, deyib.

Kənddə ümumilikdə 365 nəfərin yaşadığı və 170 evin olduğu vurğulanıb.

Təxliyə edilənlərin müvəqqəti olaraq Nevyansk Mədəniyyət Evinə köçürüldüyü qeyd olunub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir