Uşaqlara neçə yaşdan sonra dondurma vermək olar? – Həkim AÇIQLADI

Cəmiyyət


“Evdə təbii üsulla dondurmalar hazırlamaq olar. Bu dondurmalar uşaqlar üçün zərərli deyil”.

resmixeber.az xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bu gün Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik və bu, ziyandır:

“Bu cür buzlu dondurmalar boğaza zərər verir və öskürəyin yaranmasına səbəb olur. Belə olanda bəzi bakteriyaların inkişafına da şərait yaranır. Avropa ölkələrində uşaqlara 2-3 yaşından dondurma yeməyə icazə verirlər. Orqanizmdə buna qarşı immunitet varsa, problem olmur.

Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir