Zaqatalada iki minik avtomobili toqquşub, qəzadan sonra maşınlardan biri çaya düşüb.
resmixeber.az-nın məlumatına görə, hadisə səhər saatlarında rayonun Zaqatala-Aşağı Tala avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan VAZ-2106 markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra avtomobillərdən biri ərazidən axan çaya düşüb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Yuxarı Tala kənd sakini 1983-cü il təvəllüdlü Elçin Tacəddin oğlu Məmmədov və Aşağı Tala kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Abdulla oğlu Zamanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
www.RESMIXEBER.az