İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, gecə saatlarında İsmayıllı rayonunun Ruşan kəndi ərazisində hərəkətdə olan VAZ-21063 markalı avtomobilin sürücüsü Varis Ağayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra isə çökəkliyə düşüb.
Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü rayon sakini Samir Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər sərnişin Tərlan Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
www.RESMIXEBER.az