“Müəllimlərin işə qəbulu üzrə imtahanın vaxtının 150 dəqiqəyə qədər artırılması çətin sualların sayının çoxaldılması demək deyil”.
resmixeber.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
O söyləyib ki, namizədlər vaxtın uzadılmasını imtahan suallarının çətinləşdiriləcəyi kimi qəbul etməməlidirlər:
“Məzmun keçən il olduğu kimi qalır. Suallar da həmişə necə idisə, indi də asan, orta və çətin olaraq müəyyənləşdirilib”.
Qeyd edək ki, bu ildən MİQ üzrə test imtahanı mərhələsi üçün namizədlərə 120 dəqiqə yox, 150 dəqiqə vaxt veriləcək.
www.RESMIXEBER.az