Türkiyənin İtaliyadakı səfiri taxıl sazişindən danışdı: “Görək, nəsə edə biləcəyikmi?!”

Dünya


“Ankara iyulun 17-də başa çatacaq taxıl sazişinin uzadılması üçün Moskva və Kiyevlə danışıqları davam etdirir”.

Bu barədə Türkiyənin İtaliyadakı səfiri Ömər Gücük məlumat verib.

“Biz hər iki tərəflə danışıqlar aparırıq. Görək, nəsə edə biləcəyikmi?!”, – deyə səfir bildirib.

O qeyd edib ki, hazırda bu məsələ müzakirə olunur.

Xatırladaq ki, martın 18-də Rusiya Qara dəniz taxıl sazişinin müddətinin 60 gün, yəni iyulun 17-dək uzadıldığını elan edib. İyunun 30-da isə xarici işlər naziri Sergey Lavrov sazişin müddətinin uzadılması üçün heç bir səbəb görmədiyini deyib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir