Güneyli idmançıya verilən ölüm cəzası dəyişdirildi – FOTO

Dünya


İranda güneyli idmançı Səhənd Nurməhəmmədzadəyə ağır həbs cəzası verilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, idmançı ölkədə 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarında iştirakına görə həbs olunub.

Səhənd Nurməhəmmədzadənin vəkili Həmid Əhmədi Ali Məhkəmənin müvəkkili barədə çıxarılan əvvəlki ölüm hökmünü altı il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzasına dəyişib. Həmçinin vəkil Ali Məhkəmənin iki fərqli hökm çıxarmasına təəccübünü bildirib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir