Xidmət rəisi: “Turun ovlanması qanunsuzdur və 2000 manat cərimə nəzərdə tutulub”

Cəmiyyət


“Turun ovlanması qanunsuzdur və 2000 manat cərimə nəzərdə tutulub. Qanunvericilik bizə bundan artıq tədbir görməyə icazə vermir”.

resmixeber.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Baş Prokurorluq və ETSN-in birgə keçirdiyi “Ekologiyanın mühafizəsi” adlı mətbuat konfransında çıxış zamanı deyib.

Onun sözlərinə görə, ölkə başçısının iştirakı ilə yaxın günlərdə işğaldan azad edilmiş ərazilərə bir qrup turdan buraxılıb:

“Digər tərəfdən də İsmayıllı sakini tur ovlayır. Təbii ki, bu, xoşagəlməz haldır. Nəsli kəsilməkdə olan heyvanların ovlanması qadağandır. İnsanlar buna vicdanla yanaşmalıdırlar”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir