Lukaşenko Priqojinin və “Vaqner” döyüşçülərinin yerini açıqladı

Dünya


“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yaradıcısı Belarusda deyil.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko danışıb.

“Bu gün səhər mənə verilən məlumata görə, özəl hərbi şirkətin döyüşçüləri daimi düşərgələrindədir. Yevgeni Priqojinə gəlincə, o, Sankt-Peterburqdadır. Ola bilsin, Moskvaya gedib, amma Belarus ərazisində deyil”, – deyə o, vurğulayıb.

Lukaşenko əlavə edib ki, “Vaqner” döyüşçülərinin Belarusa köçürülməsi şirkət rəhbərindən və Rusiya hakimiyyət orqanlarından asılıdır.

“Bu, özəl hərbi şirkət və Rusiya rəhbərliyinin hansı qərarı verəcəyindən asılı olacaq. Əgər onlar müəyyən sayda döyüşçünün istirahət, hazırlıq üçün Belarusda yerləşməsini zəruri hesab etsələr, qərarımı yerinə yetirəcəyəm”, – deyə o, bildirib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir