Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.
resmixeber.az xəbər verir ki, yığma Estoniya kollektivi ilə üz-üzə gələcək.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq qarşılaşma saat 18:45-də başlayacaq. A qrupunun digər matçında İtaliya və Moldova yığmaları üz-üzə gələcəklər.
Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.
www.RESMIXEBER.az