Burkina Faso rəsmisi: “Azərbaycan QH-yə sədrliyi dövründə bu təşkilata böyük töhfələr verdi” – FOTO

Siyasət


“Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə bu təşkilata böyük töhfələr verib”.

Bunu “resmixeber.az”a açıqlamasında Burkina Fasonun rəsmi nümayəndəsi Mişel Somma deyib.

Azərbaycanın fəaliyyətini müsbət qiymətləndirən nümayəndə heyəti onun çox çətin bir dövrdə təşkilata sədrlik etdiyini deyib:

“Dörd il ərzində dünyada baş verən siyasi proseslərə, COVID-19 pandemiyası ilə mübarizəyə Azərbaycanın verdiyi reaksiyalar çevik və əhəmiyyətli oldu. Azərbaycan Qoşulmama Hərəkatının aktuallığını qoruyub saxlamaq üçün daim çalışır. Mən də Burkina Fasonun nümayəndəsi olaraq Azərbaycanın verdiyi töhfələrə və uğurlu rəhbərliyinə görə minnətdaram”.

Qeyd edək ki, bu gün və sabah Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı keçirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir