Nəsimi Nəbizadə AzTV-də işə düzəldi – AÇIQLAMA

Cəmiyyət


Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib.

Bu barədə Bakupost.az-a Əməkdar jurnalist özü bildirib.

O qeyd edib ki, bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq:

“Saytınıza müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, N.Nəbizadə müsahibəsində jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi.

N.Nəbizadə uzun illər AzTV-də xəbər aparıcısı olaraq çalışıb. Oradan uzaqlaşdıqdan sonra resmixeber.az İnformasiya Agentliyində fəaliyyət göstərib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir