PARADOKS

AKTUAL

Qobustanda yol qəzası - Yaralılar var

18-11-2017, 17:13
  •     
  • SON XƏBƏR |
  •  Oxunma: 28

Qobustanda yol qəzası - Yaralılar var

Qobustan rayonunda yol qəzası baş verib
Rəsmixəbər.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 82-ci kilometrliyində, Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini Rəşad Mustafayevin idarə etdiyi "Chevrolet" markalı minik avtomobili yoldan çıxaraq beton plitəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Göyçay rayon sakini Gülnar Məhəmməd qızı Mustafayeva, onun övladı, 2009-cu il təvəllüdlü Nihad Rəşad oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti kafidir.
Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.
Faktla bağlı araşırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI