PARADOKS

AKTUAL

Qardaş ölkədən Azərbaycana "Xocalı Soyqırımı" xəyanəti

27-04-2014, 14:42
  •     
  • Siyasət, |
  •  Oxunma:

Qardaş ölkədən  Azərbaycana "Xocalı Soyqırımı" xəyanəti
Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilib. Verilən məlumata görə bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, abidənin üzərindəki “soyqırım” ifadəsinin yerinə “qətliam” yazılıb.

Yazıda bunlar qeyd olunub: “Abidənin açılışı bu ilin fevra ayında baş tutub. O vaxt ki bələdiyyə sədri Əli Ərdoğan da mərasimdə iştirak edib. vəzifəyə gələn bələdiyyə sədri Nurullah Cihan abidəınin üzərindəki, “soyqrım” kələməsini “qətliam" kəlməsi ilə əvəz etmək barəsində qərar qəbul edib. Aldığımız məlumata görə, o, bu addımı Türkiyə hökumətinin qərarı ilə bu addımı atıb. Bəlli olur ki, Türkiyədə yaşayan ermənilər abidənin adına görə etiraz ediblər. Onları razı salmaq məqsədi ilə də Uşak bələdiyyəsi bələ bir addım atıb. Türkiyə Xarici İşlər Nazirliyindən isə bu addımı rəsmi Ankaranın Ermənistanla münasibətləri pozmaq isməməsi ilə cavab veriblər.

Türkiyənin rəsmi dairələrinin açıqlamalarında Xocalı soyqırımı ifadəsi işlənildiyi halda, abidənin üzərindən soyqırımı ifadəsinin silinməsi ikili standartlardan xəbər verir. Xocalının sabiq icra başçısı millət vəkili Elman Məmmədov bu abidənin açlışında iştirak etdiyini və soyqırım ifadəsinin silindiyindən xəbərsiz olduğunu söyləyib. O, bildirib ki, ABŞ-ın 15 əyaləti Xocalı soyqrımını tanıyır: "Belə bir vaxtda qonşu qardaş ölkənin bu addımına xəyanətdən başqa bir söz tapmıram”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI