PARADOKS

AKTUAL

Böyük Yeddiliyə daxil olan ölkələr Rusiyaya sürprizlər hazırladı

27-04-2014, 11:25
  •     
  • Siyasət, |
  •  Oxunma:

Böyük Yeddiliyə  daxil  olan ölkələr Rusiyaya  sürprizlər hazırladı
Ukrayna böhranı ilə bağlı görüş keçirən G7 qrupuna daxil olan ölkələr - ABŞ, Kanada, Fransa, Almaniya, Italiya, Yaponiya, Böyük Britaniyanın nümayəndələri Rusiyaya qarşı sanksiyalarının gücləndirilməsi barədə razılığa gəliblər.
Verilən məlumata görə, G7 ölkələri sanksiyaların tətbiqi ilə razılığa gəldikləri barədə bəyanat yaysalar da, təfərrüatlar hələki açıqlanmayıb. Digət ölkələrin nümayəndələrindən fərqli olaraq ABŞ rəsmiləri konkret addımların bazar ertəsi elan oluna biləcəyini deyiblər.

Qərb Rusiyanı Ukrayna şərqindəki separatçıları dəstəkləməkdə ittiham edib. Moskva bu iddiaları rədd etsə də, Şərqi Ukraynanın ən azı 7 şəhərində inzibati binaların rusiyapərəst qüvvələr tərəfindən zəbt olunduğu dünya ictimaiyyətinə məlumdur. Bir tərəfdən də, ABŞ müdafiə nazirliyi cümə günü Rusiya hərbi təyyarələrinin Ukrayna hava məkanına daxil olduğu barədə məlumat yayıb. Pentaqonun nümayəndəsi təfərrüatlara varmadan insidentlərin Ukrayna şərqində baş verdiyini qeyd edib. Bu dəfə Moskva bu xəbərlərə reaksiya verməyib. Ötən cümə günü Rusiyanın müdafiə naziri Ukrayna ilə həmsərhəd bölgədə təlimlərin başlanıldığını bildirib. Sergey Şoyqu təlimlər vaxtı hərbi təyyarələrin döyüş manevrlərini keçirəcəyini də deyib. G7 qrupu Rusiyanın bu təhdidedici hərbi manevrlərini pisləyib.
Mənbə
ANS PRESS


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI