PARADOKS

AKTUAL

Azərbaycanın 5 Sovet İttifaqı Qəhrəmanını Rusiya paytaxtı Moskvada hamı tanıyacaq

26-04-2014, 17:20
  •     
  • Siyasət |
  •  Oxunma:

Azərbaycanın 5 Sovet İttifaqı Qəhrəmanını Rusiya paytaxtı Moskvada hamı tanıyacaq
Bundan sonra Azərbaycanın 5 Sovet İttifaqı Qəhrəmanın Moskvada hamı tanıyacaq. Çünki bu, qəhrəmanlar barədə şəkillər və məlumatların yer aldığı posterlər Moskva küçələrində hərəkət edən demək olar ki, bütün trolleybuslara vurulub. Aksiya ermənilərin etirazına səbəb olub.

20 ildən bəri trolleybus sürücüsü olan Yelena Samsonova təhlükəsizlik gaydalarına uyğun olaraq hər səfərdən sonra trolleybusun salonunu yoxlayır. İndi o irqçi gənclərin vandallığına qarşı daha diqqətli olmaq məcburiyətindədir. Çünki, bu trolleybusda Sovet İttifaqı Qəhramanı 5 Azərbaycanlının rəsmləri yerləşdirilib. Moskva yaxınlığındakı Ximki şəhərində diasporumuzun dəstəyilə baş tutan bu aksiyada yerli sakinlərə İkinci Dünya Müharibəsində qazanılan zəfərdə Azərbaycanlıların rolu barədə məlumat çatdırılıb.

Müharibe veteranı Vladimir Minarov deyir ki, Kareliya və daha sonra isə Baltik cəbhələrində vuruşmuşam: “Döyüş yoldaşlarım arasında azərbaycanlılar da az deyildi. Onlar həmişə cəbhənin ön sıralarındaydılar. O, qorxmaz dostlarımı xatırladıqca gözlərim yaşarır və hələ də onları unuda bilmirəm”.

Ximki Şəhər Sovetinin deputatı Xanoğlan Eliyev də məqsədlərinin Azərbaycan xalqını Rusiyada doğru tanıtmaq olduğunu deyir.

Xanoğlan Əliyev İkinci dünya müharibəsində on minlərlə Azərbaycanlı iştirak edərək böyük qəhrəmanlıq nümunələri göstərdilər. Onlar arasında Sovet ittifaqı Qəhramanları da az deyildi. Onlardan bir neçəsinin rəsmini trolleybusda nümayiş etdirərək bu qələbədə xalqımızın rolu olduğunu da insnalara çatdırmaq istədik.

Azərbaycan diasporunun keçirdiyi bu aksiyadan xəbər tutan ermənilər də buna analoji aksiya ilə cavab verməyə hazırlaşırlar. Qeyd edək ki, Azərbaycan diasporu gələn il Ximkidə Milli Qəhramanımız Həzi Aslanovun heykəlini də açmağı planlaşdırır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI