PARADOKS

AKTUAL

“Ermənilərin Ramil Səfərovla dəyişməklə bağlı verdiyi təklif...”

9-02-2015, 14:51
  •     
  • Siyasət, İqtisadiyyat, AKTUAL, |
  •  Oxunma:

“Ermənilərin Ramil Səfərovla dəyişməklə bağlı verdiyi təklif...”

Ramiz Alıyev: “Bir daha sübut edir ki, həmin şəxslər cinayətkar yox separatçılar tərəfindən götürülmüş təqsirsiz girovlardır”
“Separatçı qrumun kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərovla dəyişməklə bağlı verdiyi təklif bir daha sübut edir ki, həmin şəxslər cinayətkar yox separatçılar tərəfindən götürülmüş təqsirsiz girovlardır”. Bunu BayMediaya açıqlamasında politoloq Ramiz Alıyev deyib: “Hansı qanunda görülüb ki, "cinayətkar" adlandırdığın şəxsi girov və əsir adı ilə dəyişmək üçün qarşı tərəfə təklif edəsən?! Onlar özləri də çox gözəl bilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğma yurduna yaxınlarının və doğmalarının qərbrlərini ziyarət etmək məqsədi ilə getmişlər və onlar da daxil olmaqla erməni terorçuları tərəfindən işğal olunmuş bütün ərazilərə hər bir Azərbaycanlı getmək və gəzmək hüququna malikdir. Əsilində Separatçı rejimin nümayəndələri bu kimi bəyanatlar verməklə Beynəlxalq Təşkilatları və Beynəlxalq Huququ bir növ tanımadıqlarını və onlara qarşı gəldiklərini bəyan edirlər. Belə bir məqamdan Azərbaycan tərəfi yararlana bilər və bu faktı beynəlxalq təşkilatların qarşısına çıxartmaq olar”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI