PARADOKS

AKTUAL

Sarkisyan özünü gülünc vəziyyətə saldı

25-04-2014, 13:31
  •     
  • Siyasət, |
  •  Oxunma:

 Sarkisyan özünü gülünc  vəziyyətə  saldı
Ölkəsinin vətəndaşalarının Türkiyəyə axışdığından xəbərsiz olan Ermənistan vətəndaşı Serj Sarkisyan Türkiyəni sərhədi açmamaqda ittiham edib. Verilən məlumata görə, Sarkisyan dünən Praqada start verilən "Şərq Tərəfdaşlığı" sammitindəki çıxışında, Ermənistan-Türkiyə sərhədinin Avropada son bağlı qalan sərhəd olduğunu söyləyib:

"Avropanın son bağlı qalan sərhədi - Ermənistan -Türkiyə sərhədləridir. Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmaması və Avropanın son bağlı sərhədi ümumavropa təhlükəsizliyinin zəif komponentləri sırasında qalmaqda davam edir. Paradoksal olsa da, faktdır ki, Avropa İttifaqına üzvlüyə iddialı olan Türkiyə qonşu ölkənin sərhədlərini bağlayıb, halbuki Avropa birliyində sərhədlər çoxdan tarixə çevrilib".

Əslində isə Serj Sarkisyanın səsləndirdiyi fikirlərdə statistika arasında paradoks var. Son illərdə Türkiyəyə səfər etmiş Ermənistan vətəndaşlarının statisikası və Türkiyənin Ermənistan vətəndaşları üçün vizanın qiymətini qaldırması Sarkisyanın səsləndirdiyi əsassız ittihamların ağ yalan olduğunu göstərir. Ermənistan prezidenti hər zaman olduğu kimi bu dəfə də Türkiyəni dünya ictimaiyyətinin gözündə zalım bir dövlət olaraq, erməniləri isə əzilən xalq kimi göstərmək üçün bu ittihamları səsləndirdiyi aydındır.

İndi isə, son iki ildə Türkiyəyə səfər etmiş Ermənistan vətəndaşlarının statistikasına nəzər salaq. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin son hesabatında göstərilir ki, 2014-cü ilin 2 ayı ərzində 6435 Ermənistan vətəndaşı Türkiyəyə gedib. 2014-cü ilin yanvar ayında 2691, fevral ayında isə 3744 Ermənistan vətəndaşı Türkiyə sərhədini keçib. Bu rəqəmlər ildən-ilə artır. Çünki keçən ilin yanvar ayında 2600, fevral ayında isə 4010 Ermənistan sakini Türkiyəyə gedib. Ümumiyyətlə 2013-cü ildə 73 365, 2012-ci ildə isə 70 956 Ermənistan vətəndaşı Türkiyəyə səfər edib.

Bu statistikanın fonunda Türkiyənin elə bu ay Ermənistan vətəndaşları üçün vizanın qiymətini qaldırdığını xatırladaq. Türkiyə Ermənistan vətəndaşları üçün vizanın qiymətini 15 dollardan 25 dollara qaldırıb. Türkiyəyə getmək istəyən Ermənistan vətəndaşları aprel ayının 14-dən viza üçün 10 dollar artıq ödəyirlər. Türkiyə sərhədində Ermənistan vətəndaşlarına viza 30 günlüyə verilir. Bir daha qeyd edək ki, ötən il Türkiyəyə 73 365, 2012-ci ildə isə 70956 erməni gedib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI