PARADOKS

AKTUAL

3 sentyabr 1991-ci il - Azərbaycanın qurtuluşuna gedən yolun başlanğıcı

3-09-2014, 15:09
  •     
  • Siyasət, |
  •  Oxunma:

3 sentyabr 1991-ci il - Azərbaycanın qurtuluşuna gedən yolun başlanğıcı
XX əsrin 80-ci illərinin sonunda bütün SSRİ-də, Azərbaycanda kəskinləşən sosial-siyasi və iqtisadi problemlər Naxçıvanda da özünü bütün cəhətləri ilə göstərirdi. Bu zaman sovet imperiyasının süquta getdiyi, ermənilərin Azər¬bay¬cana qarşı daşnak təcavüzünün gücləndiyi bir şəraitdə Naxçıvan böyük əzm və birlik nümayiş etdirdi. 1989-cu il dekabrın sonlarında başlanan sərhəd hərəkatı, 137 km məsafədə sovet-İran sərhəd qurğularının sökülməsi milli-demokratik hərəkatın yüksəlişindən xəbər verirdi. Daşnak təcavüzünün gücləndiyi bir dövrdə ölkə rəhbərliyinin xəya¬nət¬karçasına fəaliyyətsizliyi minlərlə naxçıvanlını küçələrə, meydanlara çıxarırdı. On¬lar Sovet imperiyasına, onun muxtar respublikadakı siyasi dayaqlarına qarşı müba¬rizə aparırdılar. Mərkəzin himayədarlığından istifadə edən er¬mə¬ni si¬lah¬lı quldur dəstələri 1990-ci il yanvarın 19-da Şərur rayonunun Kərki kəndini SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyilə işğal etdilər. Naxçıvanda ictimai-siyasi vəziyyəti bir az da ağırlaşdırdı.
Naxçıvanın ərazi bütövlüyünün pozulması, ermənilərin Naxçıvan MSSR-ə bütün sərhəd boyunca silahlı hücuma keçməsi, əhalinin həyatının təhlükə qarşısında qalması, bununla bağlı ittifaq orqanlarının heç bir tədbir görməməsi muxtar respublika əhalisini ən radikal addım atmağa məcbur etdi. Belə bir şəraitdə 1990-cı il yanvarın 19-da Naxçıvan Ali Sovetinin fövqəladə sessiyası keçirildi. Naxçıvan Ali So¬veti muxtariyyət statusundan istifadə edərək SSRİ-yə qarşı kəs¬kin eti¬raz formasını seçdi. Müttəfiq respublikanın tərkibində olan muxtar res¬pub¬lika Ali Soveti sovet rejiminə qarşı yönəldilən və onun müəyyən mənada iç üzünü açan cə¬sarətli bir qərar qəbul etdi. SSRİ-nin Əsas Qanununun (Konsti¬tusiya¬sı¬¬¬nın) 81-ci maddəsinə əsaslanan Naxçıvan par¬lamenti Azərbaycan SSR-in, o cümlədən onun tər¬kib hissəsi olan Naxçıvan MSSR-in suverenliyi və əra¬zi bütövlüyü müdafiə edilmədiyindən, SSRİ-nin tərkibindən çıxdığını və özünü müs¬təqil respublika elan et¬di¬yini bildirdi. SSRİ tarixində misli görünməmiş bu hadisə dünya ictimaiyyətinin diqqətini Azərbaycana, onun tərkib hissəsi olan Naxçıvana çəkdi. Naxçıvan rəhbərliyinin atdığı həmin addım o vəziyyət üçün ən münasib addım idi. Çünki məhz bu qərardan sonra 1921-ci il Moskva və Qars müqavilələri ilə qarantorluq hüququna malik Türkiyə Respublikası Naxçıvanla sərhədə qoşun yeritməyə məcbur qalmış və erməni silahlı qüvvələri hücumları dayandırmışdı.
Bu dövrdə ermənilər və onların havadarları olan Rusiya hərbçiləri tərəfindən hərbi-siyasi və iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düş¬müş¬dü. Ölkənin paytaxtından real kömək göstərilməməsi azmış kimi, sə¬riştəsiz rəhbərlərin məsuliyyətsizliyi və hakimiyyət uğrunda amansız mübarizə səbəbindən torpaq¬la¬rı¬mı¬zın taleyi hərraca qoy¬u¬lmuşdu. Yalnız Naxçıvanda deyil, bütün Azər¬bay¬canda vəziy¬yət bu baxımdan acınacaqlı idi. Düşmənin tor¬paq¬la¬rı¬mı¬zı bölüşdürmək planları real¬laş¬maq-da, Nax¬çı¬va¬n Cənubi Qaf¬qa¬zın siyasi xəritəsindən Azərbaycan torpağı kimi yox edilmək ərə¬fəsində idi.
20 yanvar faciəsi, habelə faciədən sonra Azərbaycanın ictimai-siyasi həyatında yaranan yeni situasiya Heydər Əliyevin Moskvadan vətənə qayıdışı prosesini sürət¬lən¬dirdi. Ümummilli Lider Heydər Əliyev tarixin bu məsuliyyətli və çətin dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib bildiyi üçün 1990-cı il iyulun 20-də Bakıya qayıdaraq, iyulun 22-də doğma vətəni Naxçıvana gəldi.
Beləliklə, Nахçıvаnın çətin və mürəkkəb dövründə, еrmənilər tərəfindən işğаl təhlükəsi qаrşısındа qаldığı bir vaxtda Hеydər Əliyеvin Nахçıvаnа gəlişi müstəqillik uğrundа, vətənin tохunulmаzlığı nаminə еlliklə аyаğа qаlхmış nахçıvаnlılаrın mübаrizəsinə təkаn vеrdi, оnu yеni səviyyəyə yüksəltdi. Naxçıvanın ölkənin əsas hissəsi ilə təcrid olunaraq blokadaya alındığı ağır və məşəqqətli günlərini yaşadığı bir dövrdə Heydər Əliyevin gəlişi sözün əsl mənasında xalqın getdikcə sarsılan iradəsinin və müstəqillik arzularının yenidən dirçəlməsində müstəsna həlledici amil oldu. Heydər Əliyev həmin gün meydanda xalq kütlələri önündə öz qısa çıxışında öz xalqı ilə birlikdə olmaq üçün gəldiyini və başlıca məramını bəyan etdi.
Heydər Əliyevin Naxçıvana gəlməsi ilə milli-demokratik hərə¬kat yeni mərhələyə qədəm qoydu. Naxçıvanlılar Heydər Əliyevin simasında öz xilas¬karını tapdı, Naxçıvanda milli oyanışın əsası qoyuldu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə desək, “Moskvadan Naxçıvana Qayıdış əyalət mərkəzinə yox, Vətənə qayıdış idi; bö¬yük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi”.
1990-cı il sentyabrın 30-da keçirilən seçkidə Heydər Əliyev Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi. 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında bir neçə tarixi əhəmiyyətli qanun layihəsi işləyib müzakirəyə çıxardı. Azərbaycanda ilk dəfə olaraq bu sessiyada milli dövlətçilik ənənələrinin dirçəldilməsi baxımından, müstəqilliyə can atan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bir sıra qərarlar qəbul edildi.
14 mart 1991-ci il tarixidə Naxçıvan MR Ali Məclisi SSRİ-nin saxlan¬ma¬sına dair 17 mart 1991-ci ildə keçiriləcək ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə tarixi qərar qəbul edir və Naxşıvan MR ərazisində referendium keçirilmir. Bundan sonra mərkəz Naxçıvan MR Ali Məclisini cəzalandırmaq məqsədi ilə Naxçıvan MR Ali Məclisininin Sədri Afiyəd¬din Cəliliovu aprelin 5-də vəzifəsindən kənarlaşdırır. Həmin vəzifə Əkbər Əliyevə həvalə edildikdən sonra Ali Məclis, demək olar, fəaliyyətini dayandırır. Bunun nəticəsində Naxçıvan MR-də ictimai-siyasi vəziyyət daha da kəskinləşərək 5 aya qədər davam edən parlament böhranı yaranır. Moskva saxta referendumda iştirak etməyən Naxçıvan əhalisini ermənilərin əli ilə cəzalandırmağa çalışırdı. Aprelin 10-da Şərur, mayın 20-də Sədərək yenidən güclü atəşə tutulur.
Azərbaycan Respublikasının kommunist rəhbərliyi tərəfindən Naxçıvan MR-in Ali Məclisinə və muxtar respublika sakinlərinin iradəsinə hər cür təzyiqlər göstərilirdi. Muxtar respublikada ictimai-siyasi həyat demək olar ki, öz məcrasından çıxmışdı. Bütün bunları nəzərə alaraq bir qrup deputat fövqəladə sessiyanın keçirilməsini tələb edirdi. Ali Məclisin 1991-ci il 3 sentyabrında keçirilməsi nəzərdə tutulmuş sessiyanın işini pozmaq məqsədilə Azərbaycan Kommunist rəhbərliyi heç bir əsas olmadan Ali Məclisin 40-dək deputatının, şəhər və rayon sovetləri, onların icraiyyə komitələri sədrlərinin Bakı şəhərinə çağırılmasını təşkil etmiş, bununla da sessiyada yetərsay olmamasına və nəticə etibari ilə sessiyanın baş tutmamasına çalışırdılar.
Sentyabrın 3-də çətinliklə də olsa, sessiya öz işinə başlayır. Bu vaxt Naxçıvanın hər yerindən Ali Məclisin binası qarşısında əllərində Heydər Əliyevin portret¬ləri olan seçicilər toplanmışdı. Onlar tələb edirdilər ki, Heydər Əliyevi Naxçıvan MR Ali Məclisinə sədr seçsinlər. Seçicilərin təzyiqi ilə deputatlar Naxçıvan MR Ali Məclisinin sədrliyinə Heydər Əliyevin namizədliyini irəli sürdülər. O, 3 dəfə çıxış edərək namizədliyini geri götürdüyünü bildirsə də, Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi.
Heydər Əliyev özü sonralar Ali Məclisin Sədri seçildiyi tarixi məqamı belə xatırlayırdı: “Azərbaycana hakimyyətə qayıt¬maq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xal¬qı¬ma kömək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə bu¬¬rada da sual verilmişdi ki, bəs, siz öz kömə¬yinizi nədə gö-rürsünüz? Cavab ver¬miş¬¬dim ki, mən Azərbaycan xalqının hər bir tapşırığını yerinə yetirməyə hazıram. Mənim razılığım olmadan, mən bunu qətiyyətlə deyirəm və bunu hamı bil¬mə¬¬li¬dir, məni Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçdilər. Sədr seçi¬lən¬dən sonra da mən sessiyaya sədrlik etməkdən imtina etdim. İclası axıra qədər sədrin müavini apardı. Çox böyük əziyyət, mənəvi əziyyət içərisindəydim ki, mənim razı¬lı¬ğım olmadan məni sədr seçdilər”.
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi bütövlükdə Azərbaycanın milli maraqları baxımından böyük hadisə idi. Hadisənin əhəmiyyəti yalnız bunda deyildi ki, o, böyük dövlət idarəçiliyi təcrübəsinə və zəngin siyasi biliklərə malik dünyada tanınan məşhur siyasi xadim idi. Bundan heç də az əhəmiyyətli olmayan məqam bunda idi ki, Heydər Əliyev vətənə Azərbaycanda milli azadlıq hərəkatının müqavimətinin qırıldığı, xalqın müstəqillik ideyalarına inamının səngidiyi bir dövrdə qayıtmış və öz şəxsi həyatı üçün heç bir təhdiddən çəkinməyərək müstəqil dövlətçilik uğrunda mübarizəyə qoşulmuş, ilk növbədə Naxçıvanda fəal və peşəkar fə¬a¬liy¬¬¬yəti ilə milli dövlətçiliyə inam hissini formalaşdıra bilmişdi.
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçildiyi dövrü təhlil edərkən görürük ki, Naxçıvan, həqiqətən, təhlükədə idi; düşmən qüvvələri üç tərəfdən hücuma hazırlaşır, respublika rəhbərləri 307200 nəfərlik (1991-ci ildə Naxçıvan MR-in əhalisi) əhalinin taleyi ilə oynayır, Naxçıvanı da Qarabağ və digər sərhədyanı bölgələr kimi xəyanət gözləyirdi. Xilasın bircə yolu var idi: Heydər Əliyev muxtar respublikaya rəhbərlik etməli idi. Buna görə də əhalinin təkidli xahiş və tələblərindən sonra Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Heydər Əliyevin Naxçıvanda siyasi rəhbərliyə qayıdışı sonralar onun böyük siyasətə dönüşünün təməli oldu. Azərbaycanın bu strateji regionu əhalisinin ağır məhrumiyyətləri, çətinlikləri bahasına, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində xilas ola bildi.
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvana bəslənilən ögey münasibətin əsas səbəblərinə toxunaraq deyirdi: “1990-cı illərin əvvəllərində Bakıda rəhbərlikdə olan qüvvələrin anti Naxçıvan si¬ya¬sə¬ti¬ni biz yaxşı xatırlayırıq. Onlar nəinki Naxçıvana kömək etmir, hətta Naxçıvanı da iş¬ğala məruz qoymağa hazır idilər. Nəyə görə? Çünki Naxçıvana o vaxt Heydər Əli¬yev kimi dahi şəxsiyyət rəhbərlik edirdi… Bir tərəfdən, ermənilər, erməni qəsbkarları Naxçıvana hücum edirdilər. Digər tərəfdən, Azərbaycan rəhbərliyində oturan xainlər, milli satqınlar istəyirdilər ki, Naxçıvanı Azərbaycandan tamamilə ayırsınlar. Amma naxçıvanlılar öz liderləri ətrafında, Heydər Əliyevin ətrafında birləşmişdilər. Nax¬çı¬van¬lılar ermənilərə tutarlı cavab verdilər, onları yerində oturtdular, öz torpaqlarını mü¬dafiə etdilər”.
Azərbaycanın bu strateji bölgəsi, onun mərd, zəhmətkeş, taleyin ümidinə qo¬yul¬muş əhalisi ağır məhrumiyyətlər və olmazın əzab-əziyyətlər bahasına olsa da, Hey¬dər Əliyevin uzaqgörən, tədbirli və dözümlü siyasəti nəticəsində böyük siyasi təx¬ribatlardan, satqınlıq və xəyanətlərdən xilas ola bildi. Həmişə olduğu kimi, Nax¬çı¬van¬da da Heydər Əliyev xalqla bir olmağın, onun ağrı və əzablarına şərikliyin, mil¬lət, yurd təəssübkeşliyinin canlı örnəyi idi və onun uca rəhbər şəxsiyyəti bütün əzə¬mə¬ti ilə Azərbaycanın hər yerindən görünürdü.
Bu illərdə göstərdiyi xidmətlərə görə naxçıvanlılar həmişə Heydər Əliyevə minnətdardılar. Heydər Əliyev həmin dövrdə Naxçıvanda hakimiyyətdə olmasa idi, yəqin ki, Naxçıvanı da Azərbaycanın işğal olunmuş ərazilərinin taleyi gözləyirdi. Çətin və ağır dövrdə xalqı ilə bərabər bütün əziyyətlərə dözən Heydər Əliyev bircə addım da olsun geri çəkilmədi.
Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra da Naxçıvan Muxtar Respublikasına daim diqqət göstərmiş və Naxçıvanı blokadadan çıxarmaq üçün əlindən gələni əsirgəməmişdi.
Naxçıvan MR-nın 85 illiyinə həsr olunmuş təntənəli mə¬ra¬si¬mdə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın er¬mə¬ni təcavüzündən xilasında Heydər Əliyevin rolunu belə dəyərləndirirdi: “Hey¬dər Əliyevin amalı tam başqa idi. Onun məqsədi naxçıvanlıları qorumaq, Naxçıvanı qo-ru¬¬maq, erməni hücumlarının qar¬şısını almaq və muxtar res¬pub¬li¬ka¬nın uğurlu in¬ki¬şa¬fını təmin etmək idi. O vaxt naxçı¬vanlılar Heydər Əliyevin rəhbərliyi altında bö¬yük qəhrəmanlıq və şucaət gös¬tər¬miş¬dilər. Ermənistan tə¬rə¬fin¬dən edilən hücumlara çox layiqli cavab verilmişdi və düş¬mən yerinə otur¬dul¬muş¬du. O aylarda, o illərdə Naxçıvanın taleyi çox acı¬na¬caq¬lı ola bi-lər¬di” ¬.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb fəaliyyət göstərməsi Naxçıvanı gözlənilən bəlalardan xilas etdi. Ulu öndərin rəhbərliyi ilə milli dövlətçilik ənənəsinin bərpası istiqamətində addımların atılması, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi ilə əlaqədar konkret tədbirlərin görülməsi, sovet qoşun bölmələrinin muxtar respublika ərazisindən çıxarılması, regionda milli ordu hissələrinin yaradılması, iqtisadi islahatların aparılması, özəl sektorun formalaşdırılması, İran və Türkiyə ilə zəruri əlaqələrin yaradılması kimi tale yüklü məsələlərin həlli Naxçıvanı xilas etdi. Bir sözlə, Heydər Əliyevin Naxçıvanın təhlükəsizliyi və xilası ilə bağlı həyata keçirdiyi tədbirlər muxtar respublikanın bütün sahələrini əhatə edən inkişafın möhkəm əsaslarını yaratdı. Bu əsaslar sonrakı illərdə də inkişaf etdirildi.
Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edərək, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirirdi. Respublikanın əksər bölgələrində və paytaxtda hakimiyyət uğrunda mübarizədə ən alçaq vasitələrdən belə istifadə etməkdən çəkinməyən siyasətbazların oyunlarından təngə gəlmiş xalq belə mürəkkəb vəziyyətdən çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Heydər Əliyevin çox mürəkkəb və ağır şəraitdə Naxçıvan MR-ə uğurla rəhbərlik etməsi, xalqı birləşdirib düşmənə sinə gərməsi, diplomatik vasitələrdən məharətlə istifadə etməsi insanlara böyük ümidlər verirdi.
Tarixi təcrübə sübut edir ki, bü¬tün xalq¬lar və millətlər müəyyən taleyüklü mər¬hə¬lələrdə “nə etməli” sualı qarşısında qalır¬lar. Bu yer¬¬¬də yalnız ağıl, zəka, iradə və uzaq¬görənlik rol oynayır. Bu xüsusiyyətləri özündə cəmləşdirən xarizmatik liderlər olduq¬da məhz onlar mənsub olduqları xalqın problemlərini həll etmək üçün meydana atı¬lır¬ və başladıqları mübarizəni qalibiyyətlə başa vururlar. Bu baxımdan Naxçıvanın tarixinin ən çətin günlərində Heydər Əliyev öz ağlı, zə¬ka¬sı, uzaq¬görənliyi ilə müba¬ri¬zə meydanına atıldı. Bütün səyini, gücünü Nax¬çı-va¬nın ərazi bütövlüyünün qorunması istiqamətində gedən gərgin mübarizəyə sərf etdi.
Heydər Əliyevin qətiyyətli siyasəti Naxçıvanı Dağ¬lıq Qarabağın və Azərbaycanın digər işğal olunmuş rayonlarının acı aqi¬bə¬tin¬dən qorudu, “Azər¬bay¬ca¬¬nın bu qədim torpağını xilas edən Heydər Əliyev özü¬nə Naxçıvan boyda əbədi hə¬mi¬şəyaşar abidə ucaltdı”.
Mehman Şabanov,
Naxçıvan Özəl Universiteti YAP ərazi ilk
partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI