PARADOKS

AKTUAL

"Prezidentin hər zaman olduğu kimi sözü ilə əməli tam üst-üstə düşür" ÖZƏL-ŞƏRH

30-01-2019, 04:54
  •     
  • Siyasət |
  •  Oxunma: 208

"Prezidentin hər zaman olduğu kimi sözü ilə əməli tam üst-üstə düşür" ÖZƏL-ŞƏRH "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2003-cü ildə prezidentliyə namizədliyini verərkən öz platformasının ən mühüm tezislərindən biri kimi qeyd etmişdi ki, əgər xalq ona etimad göstərib dövlət başçısı seçərsə, o ilk növbədə Regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayıracaq. Cənab Prezidentin hər zaman olduğu kimi sözü ilə əməli tam üst-üstə düşür". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.



Deputatın sözlərinə görə, təsadüfi deyildir ki, 2004-cü ildən başlayaraq Regionların sosial-iqtisadi inkişafı ilə bağlı konkret Dövlət Proqramları qəbul edilir və bu baxımdan birinci və ikinci Dövlət Proqramları artıq yerinə yetirildi: "İndi isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı da yekunlaşdı. Bu hadisə ilə bağlı dövlət başçısının rəhbərliyi altında bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirildi. Bu konfransda da cənab Prezident ilk növbədə onun üzərində dayandı ki, növbəti dörd il ərzində regionlarımızın inkişafı təmin edilib, infrastrukturun yenidən qurulması istiqamətində çox ciddi addımlar atılıb. Xüsusilə də qazlaşdırma sahəsi əsas diqqət mərkəzində idi. Ölkə başçısı hələ 2003-cü ildə Prezidentliyə başlayarkən o zamanlar qazlaşdırma səviyyəsi cəmi 51 faiz idi. Amma bu gün qazlaşma 95 faizə gəlib çatıb. Eləcə də əhalinin içməli su ilə təminatı 26 faiz idisə, artıq bu rəqəm 70 faizə yaxın səviyyədədir. Bundan başqa yolların çəkilişi məsələsinə dövlət başçısı xüsusi diqqət ayırırdı və bu istiqamətdə 40 yol layihəsi işə salınmışdı. Artıq 2003-cü ildən bu yana 15 min kilometrlə yollar çəkilib. Həmçinin infrastruktur məsələlərinə xüsusi diqqət ayrılır. Kənd əhalisinin elektrik enerjisi təminatı məsələsində də bütün problemlər öz həllini tapıb.

Bu gün artıq Azərbaycan elektrik enerjisinin ixracatçısına çevrilib. Bütün bunlar hamısı məhz Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində öz həllini tapan məsələlərdir. Cənab Prezident artıq yeni təşəbbüslə çıxış edir ki, sayca dördüncü proqramın həyata keçirilməsi istiqamətində işlərə start veriləcək. Bu nəticə etibarilə ona gətirib çıxarır ki, təkcə Bakı şəhərində dünyanın ən gözəl şəhərlərindən biri deyil, eləcə də bizim regionlarımız, regionlarımızın mərkəzləri də çox sürətlə inkişaf edir. Bu gün artıq şəhərlə kənd arasındakı fərqin aradan qaldırılması istiqamətində çox diqqətəlayiq və intensiv işlər görülməkdədir”.

Müəllif: Ceyhun Rasimoğlu


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI