PARADOKS

AKTUAL

İlham Əliyev sərəncam verdi

27-11-2018, 23:51
  •     
  • Siyasət |
  •  Oxunma: 25

İlham Əliyev sərəncam verdi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mahir Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bizimyol.info sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, M.Quliyev Biləsuvar İH-nin başçısıdır.

***

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Əlibəyov İnqilab Vəlibəy oğlu

“Tərəqqi” medalı ilə

Abıyev Aydın Müstəcəb oğlu
Cəfərov Vilayət Abbasqulu oğlu
Həsənova Esmeralda Yusub qızı


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI