PARADOKS

AKTUAL

Braziliya prezidenti İlham Əliyevi təbrik etdi

4-05-2018, 20:02
  •     
  • Siyasət |
  •  Oxunma: 78

Braziliya prezidenti İlham Əliyevi təbrik etdi Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer İlham Əliyevə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. İnanıram ki, Braziliya ilə Azərbaycan arasında dostluq münasibətləri xalqlarımızın və beynəlxalq birliyin mənafeyi naminə daha da möhkəmlənəcək. Bizi ayıran böyük coğrafi məsafəyə baxmayaraq, əminəm ki, müxtəlif sahələrdəki əməkdaşlığımız daha da genişlənəcək. Cənab Prezident, belə bir xeyirxah işi dəstəkləməkdə maraqlı olduğumu bir daha xüsusi vurğulayıram.

Zati-aliləri, Prezidentliyinizin yeni dönəmində Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI