PARADOKS

AKTUAL

Deputat: “Tanrı bu birliyi və birgəliyi əbədi etsin!" MÖVQE

26-04-2018, 11:27
  •     
  • Siyasət |
  •  Oxunma: 80

Deputat: “Tanrı bu birliyi və birgəliyi əbədi etsin!" MÖVQE “Cənab İlham Əliyev yenidən Prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etdi. Həm də "hay"lar uydurma soyqırımlarının növbəti saxta ildönümünü keçirdikləri gündə. Niyə məhz Türkiyəyə və niyə məhz bu gündə? Bu sualın cavabını çoxumuz bilirik, amma mən sadəcə bir faktı xatırlatmaq istəyirəm”. SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Aliyev deyib.

Onun sözlərinə görə, hakimiyyətdən qovulan Serj Sarkisyan düz dörd il bundan öncə, yəni 2014-cü il aprelin 24-də Praqada "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə qardaş ölkəyə böhtanlar yağdıranda Azərbaycan Prezidenti "Türkiyə təmsilçiləri burada yoxdur, amma mən burdayam" deyərək onun cavabını vermişdi: “Təkcə onun cavabını verməmişdi, bizim "bir millət, iki dövlət"liyimizi türkə necə yanaşdıqları heç kimə sirr olmayanların gözləri önündə sərgiləmişdi. Onlar da anlamışdılar ki, eyni soyu, eyni dili, eyni dini, eyni geni daşıyanları bir də səfəvilərlə osmanlılar kimi üz-üzə qoya bilməyəcəklər! Biz məkrli "Sürix protokolları" ilə yox, damarımızdakı qanın diqtəsi ilə hərəkət edəcəyik. Tanrı bu birliyi və birgəliyi əbədi etsin! Türkün ən zəif tərəfi - tarixdən ibrət götürməməsi elə tarixdə də qalsın!”.

Müəllif: Ceyhun Rasimoğlu


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI