PARADOKS

AKTUAL

Azərbaycanın yeni baş naziri təsdiqləndi

21-04-2018, 13:29
  •     
  • Siyasət |
  •  Oxunma: 42

Azərbaycanın yeni baş naziri təsdiqləndi Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.

O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.

Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.

Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI