PARADOKS

AKTUAL

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir

11-04-2018, 13:01
  •     
  • Siyasət |
  •  Oxunma: 13

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir Bu gün səhər saat 08.00-da Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir.

“Bizim Yol”un əməkdaşları 22 saylı Nəsimi II seçki dairəsinin 11 saylı və 14 saylı seçki məntəqələrində olub, müşahidə apardı.

Hər kəs seçki məntəqəsində seçici siyahısı var. Seçicilər heç bir problemlə qarşılaşmadan səsvermədə iştirak ediklərini dedilər.

Müşahidə apardığımız seçki məntəqələrindən bildirildi ki Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçməyən media nümayəndələrinə seçki məntəqəsi tərəfindən məlumat verilmir və onların bu məntəqələr daxilində çəkiliş aparması qadağandı.
Müşahidəçilər də müsahibə vermək istəmədi, lakin “hələlik heç bir problem olmadığını” dedilər.

Seçkidə səkkiz namizəd iştirak edir: İlham Əliyev (YAP), Araz Əlizadə (ASDP), Fərəc Quliyev (MDHP), Hafiz Hacıyev (MMP), Qüdrət Həsənquliyev (BAXCP), Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Sərdar Cəlaloğlu (ADP) və Zahid Oruc (deputat).

Ramid İbrahimov
Fotolar müəllifindi


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI