PARADOKS

AKTUAL

Bilal Dündar: "Azərbaycanda seçkiqabağı mühit sabit və demokratikdir"

7-04-2018, 14:21
  •     
  • Siyasət |
  •  Oxunma: 167

Bilal Dündar: "Azərbaycanda seçkiqabağı mühit sabit və demokratikdir" Azərbaycanda seçkiqabağı mühit sabit və demokratikdir. Bütün proseslər qanun çərçivəsində həyata keçirilir. SİA xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.

Bilal Dündar Azərbaycanda gedən inkişaf proseslərinin beynəlxalq miqyasda da yüksək qiymətləndirildiyini söyləyib. O vurğulayıb ki, prezident seçkilərinə hazırlıq işlərinin getdiyi bir vaxtda Bakının 800-dən çox xarici nümayəndənin iştirak etdiyi Qoşulmama Hərəkatının nazirlər konfransına ev sahibliyi etməsi olduqca təqdirəlayiqdir və bu, qonaqlar tərəfindən də yüksək dəyərləndirildi.

Federasiyanın sədri bütün bu uğurların fonunda bəzi Avropa ölkələrində Azərbaycan əleyhinə çirkin kampaniyaların aparılmasının yolverilməz olduğunu söyləyib. O bildirib ki, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən bir neçə şəxsin ölkənin imicinə xələl gətirmək kimi niyyətləri iflasa məhkumdur. Azərbaycan xalqı, xaricdəki Azərbaycan icmaları, cəmiyyət və birlikləri bu antimilli şəxslərin məkrli niyyətlərinə, onların sosial şəbəkələrdə söyüş və təhqirləri “mübarizə” vasitəsinə çevirmələrinə qarşıdırlar. Bu məsələ təkcə Azərbaycanda deyil, Türkiyədə yaşayan azərbaycanlıların da kəskin narazılığına səbəb olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI