PARADOKS

AKTUAL

İlham Əliyev fəxri adlar verdi

3-02-2018, 04:21
  •     
  • Siyasət |
  •  Oxunma: 22

İlham Əliyev fəxri adlar verdi Prezident İlham Əliyev Kamil Cəlilovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilov “Şərəf” ordeni ilə təltif edilsin.

Bundan başqa, prezident İlham Əliyev Əlövsət Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

O, Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ada layiq görülüb.

Əlavə olaraq, İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşları Qarayeva Rəsmiyə Məmməd qızı və Rəhimov Elxan Rəhim oğlu “Tərəqqi” medalı ilə təltif edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI