PARADOKS

AKTUAL

​İçimizdəki xainlər bizi birləşməyə qoymur... – Qənirə Paşayeva

25-12-2017, 03:43
  •     
  • Siyasət |
  •  Oxunma: 160

​İçimizdəki xainlər bizi birləşməyə qoymur... – Qənirə Paşayeva Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Qaziantepdə “Türk dünyası, Azərbaycan – Türkiyə birliyi və Qarabağ problemi” adlı konfrans keçirib.
Muxalifet.az xəbər verir ki, Qaziantep Türk Ocaqlarının bələdiyyənin dəstəyi ilə təşkil etdiyi tədbirdə ictimai-siyasi xadimlər, aydınlar, QHT və KİV nümayəndələri iştirak edib.
Konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, Qərbin ikili standartları və türk birliyinin önəmi mövzusunda millət vəkili ətraflı çıxış edib. Qərbin Azərbaycana, Türkiyəyə, türk-müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili Q.Paşayeva bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb:
“Bu gün beynəlxalq təşkilatlar, BMT başda olmaqla, bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərilmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”.
Qənirə Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı soyqırmına yanşmada da gördük:
“100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.
O, Qərbin Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək vermədiyini deyib və bunu ən böyük ikili standart adlandırıb. Avropada islamafobiyanın artmasının doğurduğu ciddi narahatlıqdan da danışıan millət vəkili bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir:
“Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetişdirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik”. Q.Paşayeva bildirib ki, bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainlər yetişdirirlər və bu məsələyə ciddi diqqət yetirilməlidir.
Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib.
Q.Paşayeva çıxışından sonra aydınları maraqlandıran sualları cavablandırıb və geniş fikir mübadiiləsi aparılıb.
Tədbirdə Qaziantep Türk Ocaqlarının rəhbəri Məhmət Berk çıxış edərək, millət vəkili Q.Paşayevaya konfrans üçün təşəkkürünü bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıb, ona Şanlıurfa Türk Ocaqlarının rəhbəri Cəmil Dəmir və tanınmış aydınlarla birlikdə təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim edib.
Tədbirdə iştirak edən Regionların Maarifləndirilməsi İctimai Birliyinin təmsilçisi Arzu Bağırovaya da xatirə plaketi təqdim edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI