PARADOKS

AKTUAL

BMT-nin ikiillik büdcəsi - 5.39 milyard dollar

25-12-2017, 02:27
  •     
  • Siyasət |
  •  Oxunma: 144

BMT-nin ikiillik büdcəsi - 5.39 milyard dollar BMT Baş Assambleyası bu gün ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib.
Muxalifet.az-ın TASS-a istinadən verdiyi məlumata görə, təsdiq olunan budcə 5,39 milyard dollar təşkil edir. Bu göstərici əvvəlki ikiillik büdcə ilə müqaisədə 166 milyon dollar azdır.
Büdcənin layihəsi Baş Assambleyanın 5-ci komitəsi tərəfindən hazırlanıb.
Büdcənin azaldılmasının əsas tərəfdarı ABŞ olub - ştatlar büdcəni 250 milyon dollar azaltmaq istəyib. ABŞ BMT-nin Fələstində, Liviya və Əfqanıstanda missiyalarını azaltmağı, təşkilatın bəzi inkişaf proqramlarında, yeni işçilərin işə götürülməsində, həmçinin personalın maaşlarında qənaət etməyi təklif edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI