PARADOKS

AKTUAL

Putin Azərbaycan prezidentinə zəng etdi...

25-12-2017, 02:23
  •     
  • Siyasət |
  •  Oxunma: 144

Putin Azərbaycan prezidentinə zəng etdi... Rusiya Federasiyasının prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Vladimir Putin prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI