PARADOKS

AKTUAL

İlham Əliyev Şəmkirə 10,1 milyon manat ayırdı

6-11-2017, 22:28
  •     
  • Siyasət |
  •  Oxunma: 16

İlham Əliyev Şəmkirə 10,1 milyon manat ayırdı Azərbaycan prezidenti İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA bildirir ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 27 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI