PARADOKS

AKTUAL

Azərbaycanda yeni qurum yaradıldı – FƏRMAN

6-11-2017, 22:16
  •     
  • Siyasət |
  •  Oxunma: 14

Azərbaycanda yeni qurum yaradıldı – FƏRMAN Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Sənəddə bildirilir ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanının tətbiqi ilə əlaqədar dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

“ASK” ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində olan və “ASK” ASC-nin mülkiyyətinə veriləcək əmlak hesabına formalaşacaq.

Prezident İlham Əliyevin digər sərəncamları ilə Natiq Ərziman oğlu Əmirov “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri, Kamran Telman oğlu Nəbizadə isə ASC-nin Baş direktoru təyin edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI