PARADOKS

AKTUAL

Prezident İlham Əliyev daha bir açılışda –“Gədəbəy” elektrik yarımstansiyasını işə salıb

20-08-2017, 18:05
  •     
  • Siyasət |
  •  Oxunma: 35

Prezident İlham Əliyev daha bir açılışda –“Gədəbəy” elektrik yarımstansiyasını işə salıb Bu gün Azərbaycan prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilib. Bu isə rayonun ümumi inkişaf tempinə cavab verməyib. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilib. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasından əlavə 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq “Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.

Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni “Gədəbəy” yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün “Zəyəm” yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəli hava xətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Gədəbəy-Saratovka” hava xətti tam yenidən qurulub. Ümumilikdə “Gədəbəy” yarımstansiyasından 35 kV-luq “Saratovka” və “Mədən”, həmçinin 10 kV-luq “Söyüdlü”, “Arıxdam”, “Ticarət mərkəzi” hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. Sonda xatirə şəkli çəkdirilib/Azertac.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI