PARADOKS

AKTUAL

Putin Abxaziyaya niyə gəlir?

7-08-2017, 15:10
  •     
  • Siyasət |
  •  Oxunma: 362

Putin Abxaziyaya niyə gəlir? Qlobal güclərin geosiyasi savaşı sərhədləriizdə: ABŞ Gürcüstanda, Rusiya Ermənistanda möhkəmləndirilmiş rayonlar yaradır

Nəzakət Məmmədova – politoloq
(Xüsusi olaraq bizimyol.info üçün)
Prezident Putin qonşumuz Gürcüstana, daha doğrusu, faktiki 25 ildir ki, onun tərkibində olmayan Abxaziyaya səfər planlaşdırır. Putinin 2008-ci ildəki beşgünlük müharibənin 9-cu ildönümündə bas tutacaq bu səfəri həm Rusiyanın, həm Gürcüstanın özündə, eləcə də ABŞ-da geniş təhlil olunur. Birincidə hörmətlə, ikincidə nifrətlə, üçüncüdə isə hiddətlə.
Gün kimi aydındır ki, Putinin bu səfəri məhz ABS-ın ikinci şəxsi Pensin Gürcüstana gəlişinə cavab olaraq hazırlanır. ABŞ vitse-prezidentinin Tiflis yaxınlığında birgə hərbi təlimi izləməsinə və Gürcüstanı gələcək NATO üzvü kimi dəstəkləməsinə cavab olaraq, Rusiya da Ermənistanla öz ordusunu birləşdirmək qərarı verdi. Bu qərar Azərbaycana birbaşa təhdid kimi görünsə də, əsas demars Gürcüstana, daha doğrusu, onun nüfuzlu himayədarı olan ABS-a ünvanlanıb. Pens eyni turne çərçivəsində Montenegroya və Estoniyaya da baş cəkib, onları NATO müttəfiqləri sırasında gördüklərini bəyan edib. Bununla da Rusiyanın ənənəvi üç muhum nüfuz dairəsindən – Balkanlardan, Baltikyanından və Cənubi Qafqazdan tamamilə sixisdirilacağı mesajını verib.
Bu arada prezident Tramp da Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə, Ukraynaya hərbi dəstək göstərilməsinə dair qanun layihəsi imzalamaqla şimal qonşumuzun həm də Şərqi Avropada sıxışdırılması planlarının olduğunu göstərdi. Görünür, ABS Administrasiyası bu diplomatik həmləyə güclü hazırlaşmışdı; qəfildən bir neçə istiqamətdən Rusiyaya qarşı diplomatik hücum təşkil etməklə onu vəziyyətin gərginliyinə əmin etməyə çalışdı. Buna cavab özünü çox gözlətmədi. Prezident Putin dərhal Ermənistanla ordunu birləşdirmək və Abxaziyaya səfər qərarını açıqladı. Putinin özünün də xoşladığı bir ifadə ilə desək, “burada ağa kimdir” mesajı vermiş oldu. Cənubi Qafqaz həm MDB nin cənub sərhədi, həm İranla bağ, həm NATO ölkəsiylə sərhəd forpost ərazi olduğundan Rusiya üçün fövqəladə əhəmiyyətlidir. Bu baxımdan, NATO-nun Gürcüstanda mövcudluğu bir zamanların fövqəldövlətinin varisindən ötru çox ağır cəzadır. Bəs o, bunun qarşısını almaqdan ötrü nə edəcək?!
Burada sanki ABŞ şerifdir, Rusiya isə partizan. ABŞ hokumətlərlə işləməyə üstünlük verir, Rusiya gizlincə separatçılarla. Ukraynada, Gürcüstanda, Qarabağda onun müttəfiqləri rəsmən tanınmamış, sivilizasiyalı dünyanın, beynəlxalq hüququn subyekti olmayan separatcilardir. Bununla belə, indiyədək olan müşahidələr göstərir ki, Rusiyanın özü belə heç də Abxaziya, Osetiya və ya Dağlıq Qarabağ separatçılarına eyni gözlə baxmır. Abxazların və osetinlərin müstəqilliyini tanısa da, Qarabağa münasibətdə oxşar yanaşma olmayıb. Odur ki, Qarabağ separatçılarına münasibətdə daha artıq güzəştin olacağı inandırıcı görünmür; Putin indiyədək Qarabağa səfər etməyib və etməyəcək də.
P.S. Qarabag və Abxaziya oxşar görünsə də, onlar arasında fərq və onlara böyük güclərin yanaşmasında fərq danılmazdır. ABŞ Gürcüstanın ərazi bütövlüyünü tanıyır, RF isə oradakı iki separatçı rejimin müstəqilliyini. Rusiya iddia edir ki, Abxaziya və Osetiya XVIIİ əsrdə Rusiya imperiyasının tərkibinə Gürcüstanın bir hissəsi kimi yox, müstəqil şəkildə daxil olublar. Buna görə də Rusiya bu gün də onları müstəqil qəbul edir. Qarabağla bağlı isə bu hal vurğulanmır. Çünki həm müstəqil xanlıq kimi Rusiyanın tərkibinə daxil olanda, həm də 1920-ci ildə Qarabağ Azərbaycan torpağı kimi Rusiyaya birləşib. Nə müstəqil ərazi kimi, nə də Ermənistanın tərkibində. Habelə, ABŞ və Rusiya Qarabağ münaqişəsinin həlli ilə birbaşa, həmsədr kimi məşğul olurlar və onlar arasında diplomatik-huquqi müstəvidə də olsa, Azərbaycanın ərazi bütövlüyünə yanaşmada fikir ayrılığı, bu bütövlüyü qəbul etməmək kimi ziddiyyət yoxdur. Görünən odur ki, çox yaxın illərdə birbaşa ərazimizdə olmasa da, həm Ermənistan, həm Gürcüstan şiddətli geosiyasi savaş meydanına donəcək. Rusiyanın “komandanlığı” altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ABŞ-ın patronajlıı altında NATO orduları düz qonşuluğumuzda üz-üzə gələcəkdir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI