PARADOKS

AKTUAL

Azərbaycan hesab edir ki, Ermənistan bu gün Astanada təsis olunan Avrasiya İttifaqına üzv ola bilər

29-05-2014, 15:56
  •     
  • Siyasət, |
  •  Oxunma:

Azərbaycan hesab edir ki, Ermənistan bu gün Astanada təsis olunan Avrasiya İttifaqına üzv ola bilər
Ancaq Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlər çərçivəsində…

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev məlumat verib. Ermənistan 2003-cü ildə Ümumdünya Ticarət Təşkilatına daxil olaraq bu təşkilatın 145-ci üzvünə çevrilib. Azərbaycan o vaxt Ermənistanın ancaq BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində bu təşkilata üzvlüyünə razılıq verib.

“Biz Azərbaycan prezidentindən məktub almışıq ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzvlüyün ancaq Ermənistanın BMT tərəfindən tanınmış ərazilərinə aid olduğu barədə xüsusi şərtlə bu təşkilata üzv olub. Bu, müzakirə üçündür” — deyə Nazarbayev bildirib. Xatırladaq ki, Astana toplantısında iştirak edən Serj Sərkisyan Ermənistanın Avrasiya İttifaqına iyunun 15-də qoşulacağını elan edib, ittifaqın təsisçilərindən bu günün rəsmiləşdirilməsini xahiş edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI