PARADOKS

AKTUAL

YAP-dan Prezidentliyə namizədliklə bağlı — AÇIQLAMA

28-06-2017, 13:59
  •     
  • Siyasət |
  •  Oxunma: 109

YAP-dan Prezidentliyə namizədliklə bağlı — AÇIQLAMA “Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə YAP-ın namizədinin kim olacağına partiyanın keçiriləcək Qurultayında qərar veriləcək”.Bu barədə “Ölkə.Az”-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov məlumat verib.

S.Novruzov bildirib ki, prezidentliyə namizədliklə bağlı qərarı YAP-ın rəhbər orqanı olan Qurultay müəyyən edir.

Onun sözlərinə görə, hazırda YAP-da Qurultaya hazırlıq işləri həyata keçirilir:

“Qurultayın dəqiq tarixi barədə hələlik məlumatımız yoxdur. Çünki Qurultayın vaxtını YAP-ın Siyasi Şurası müəyyən edəcək. Bizim işimiz isə buna hazırlıq işlərini görməkdir”.

Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə bir il öncədən hazırlıq işləri görür:

“Hələ ki, seçkilərə bir ildən çox vaxt qalır. Ancaq biz artıq seçkilərə hazırlıq işlərinə başlamışıq. Bütün şəhər və rayon təşkilatlarında YAP-ın hesabat seçki yığıncaqları, konfranslar keçirilir. Artıq YAP-ın 50-dən çox təşkilatında bu cür yığıncaqlar keçirilib, 30-a qədər təşkilatda isə keçiriləcək. Bu cür yığıncaqlar keçirilən zaman müəyyən yerlərdə dəyişikliklər edilir və partiya fəaliyyətinə nəzər salınır, gündəlikdə dayanan məsələlər müzakirə olunur və baxılır. Daha sonra isə konfrans nümayəndələri tərəfindən yeni heyət seçilir. Bütün bu tədbirlərin hamısı seçkilərə hazırlıq prosesi çərçivəsində həyata keçirilir. Partiyamız bütün bu prosesləri öz daxilində yekunlaşdırdıqdan sonra ümumi proseslərə uyğun fəaliyyətini davam etdirəcək. Yəni, biz planlı şəkildə seçkilərə hazırlıq işlərini görürük”.

S.Novruzov xatırladıb ki, bu ilin fevral ayında YAP-ın İdarə Heyəti müvafiq qərarı qəbul edib.

“Həmin qərara uyğun olaraq tədbirlər proqramı tərtib edilib və partiya öz fəaliyyətini davam etdirir”-deyə partiya rəsmisi fikrini tamamlayıb.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI