PARADOKS

AKTUAL

Güllələnən, yandırılan, əzab verilən müsəlmanlar - diqqətlə baxın

18-11-2017, 14:31
  •     
  • MARAQLI |
  •  Oxunma: 20

Güllələnən, yandırılan, əzab verilən müsəlmanlar - diqqətlə baxın


İnsan haqlarından, demokratiyadan, vətəndaş cəmiyyətindən danışmağı çox sevən, demokratiyadan "dikbaş" ölkələri "ram" etmək üçün dəyənək qismində yararlanan Qərb illərdir ki, onları görmür. Daha doğrusu, görmək istəmir, eşitmir. Sanki heç nə baş vermir, hər şey normaldır və problem də yoxdur.

Rəsmixəbər bildirir ki, halbuki Myanmada müsəlmanlara divan tutulur. Onlar güllələnir, yandırılır, əzablarla öldürülür. Müsəlmanların kəndləri yandırılır, evləri başlarına uçurdulur. Onlara yaşadıqları dövlət "Rədd olun!" deyir.

Bu zavallıllar Rohinya müsəlmanlarıdır.

Bu ilin avqust ayında Myanmada dövlət səviyyəsində gerçəkləşdirilən soyqırımla üzləşən Rohinya müsəlmanları qonşu Banqladeşə qaçmaq məcburiyyətində qalıb.

Minlərlə müsəlman əzabla, işgəncə ilə qətlə yetirilib.

Banqladeş ordusunun generalı Cəlal ud Dinin dediyinə görə, yalnız Çittaqonq şəhərindəki hospitalda 261 yaralı müsəlman var. 15 Rohinya müsəlmanı isə məruz qaldıqları işgəncələrdən və travmalardan keçinib.

Bazar Koks şəhərindəki xəstəxanada isə 1467 Rohinya müsəlmanına ilkin tibbi yardım göstərilib.

Cərrah Şahin Əbdürrəhman Çoudhurinin sözlərinə görə, Rohinya qaçqınları arasında güllə yarası alanlar, əl, qol və ya barmaqları kəsilənlər, ciddi yanıq xəsarətləri olanlar əksəriyyət təşkil edir.

Son üç ayda 600 min Rohinya müsəlmanı Myanmadakı ev-eşiklərini ataraq Banqladeşə qaçıb.

600 min...


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI