PARADOKS

AKTUAL

Kanalizasiyada qızıl-gümüş ehtiyatı tapıldı

13-10-2017, 20:11
  •     
  • MARAQLI, Dünya |
  •  Oxunma: 82

İsveçrədə kanalizasiya tullantılarında 3,1 milyon dollar dəyərində qızıl və gümüş ehtiyatı tapılıb.

Resmixeber.az "Qaynarinfo"-ya istinadən xəbər verir ki, İsveçrə Federal Su Elmləri və Texnologiyası İnstitutunun kanalizasiyalarda 1 il ərzində apardığı araşdırma zamanı maraqlı nəticə ortaya çıxıb. Kanalizasiyadan 3 ton gümüş və 43 kq qızıl əldə edilib. Əldə edilən gümüş və qızıllardan qiymətli saatları bəzəmək üçün istifadə edildiyi təxmin edilir. Qızıl ehtiyatının böyük hissəsi Tikino bölgəsindən tapılıb.

Jura bölgəsində aparılan araşdırmaya rəhbərlik edən Bas Vriens bildirib ki, insanların əsəbləşərək üzük və ya zinət əşyalarını tualetə atması hekayələrini çox eşitmişik, lakin kanalizasiyalarda hansısa üzüyə rast gəlməmişik.Kanalizasiyada qızıl-gümüş ehtiyatı tapıldı
Resmixeber.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI