PARADOKS

AKTUAL

On faizlik artım dərdə dərman olmayacaq

2-12-2016, 02:10
  •     
  • Ölkə |
  •  Oxunma:

On faizlik artım dərdə dərman olmayacaq Qiymət artımını və yenidən vüsət alacaq bahalaşmanı hansı məbləğlə kompensasiya etmək olar? Ekspert Rəşad Həsənov: «2014-cü illə müqayisədə gələn il əhalinin həyat səviyyəsində 50 faizlik geriləmə olacaq»
Tarif Şurasının 28 noyabrdakı qərarı ilə ölkədə qaz və elektrik enerjisinin qiyməti artdı. Ekspertlər yanacağın, ictimai nəqliyyatın və metronun qiymətində də dəyişikliklər olacağını proqnozlaşdırırlar. Bu da öz növbəsində ərzaq və digər gündəlik təlabat mallarının bahalaşmasına səbəb olacaq. Dünən maliyyə naziri Samir Şərifov bildirib ki, qiymət artımından əldə olunacaq 300 milyon manat əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səfr olunacaq.

Bu il rəsmi infilyasiya səviyyəsi 10-11 faiz civarında göstərilir ki, bu da real vəziyyətdən kəskin fərqlənir. Gözlənilir ki, hökumət öhdəliklərinə uybun olaraq maaş və pensiyaların həcmini elə infilyasiya səviyyəsinə uyğun artırsın. Bu isə sürətlə bahalaşn qiymətlərin qarşılığında vətəndaşların çətin vəziyyətdə qalması deməkdir. Bəs əhalinin maaş və pensiyaları nə qədər artırılmalıdır ki, bu bahalşamanı kompensasiya edə bilsin?


İqtisadçı ekspert Rəşad Həsənov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, indeksasiya cari ildə müşahidə olunan infilyasiya səviyyəsinə uyğun olaraq hər ilin yanvar ayından etibarən pensiyalarda artımlar müşahidə olunur. Qanunvericilikdə tətbiq olunan metod budur. Bu da yalnız pensiyalara aiddir. Pensiyalar 2017-ci ilin əvvəlində böyük ehtimalla indeksasiya nəticəsində 10-11 faiz arasında artacaq. Ancaq digər sahələrdə hər hansı ciddi dəyişiklik hiss olunmur. Dövlət sektorunda, xüsusilə əhalinin gəlirlərinin böyük bir qismi qeyri-rəsmi formada paketlərlə, illeqal qaydada formalaşırdı. İndi isə paketlər dayandırılıb, rüşvətin səviyyəsi aşağı düşüb. Bu sektorda çalışanların gəlirlərində azalma müşahidə olunur. Özəl sektorda çalışanların, xüsusilə fərdi sahibkarlıqla məşğul olanların böyük əksəriyyəti demək olar ki, gəlirsiz fəaliyyət göstərir. İxtisarlar, iş yerlərinin azalması, hətta bağlanması müşahidə olunur. Belə bir şəraitdə biz əhalinin gəlirlərinin artımından hansı formada danışa bilərik? Bu qeyri-mümkündür. Tariflər məsələri bahalşamada yeni bir dalğa formalaşdırdı. Ümumiyyətlə dünyada sınaqdan çıxmış təcrübələrdəndir ki, bu kimi kütləvi şəkildə kommunal xidmətlərin bahalaşmasına aparacaq addımlar atılırsa, bunun qiymətlər üzərində həm real, həm də psixoloji təzyiqləri olur”.

Ekspert bildirdi ki, Azərbaycanda nə qədər tarifləri «differensiallaşdırıb daha optimal qiymət müəyyənləşdirilib» və s. formada izahına çalışılsa da əslində bu hər 10 azərbaycanlıdan 7-8-nin aylıq xərclərinin artımına gətirib çıxaracaq: “Kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların xərclərində artımlar qaçılmazdır. Təxmini hesablamalar aparmışıq. Mədən sənayesi və kimya sənayesində 500 kilovat saatdan artıq enerji işlədən müəssisələ üçün fərqli kriteriyalar tətbiq olunur. Bu qiymətlərdə 38,7 faiz artım olacaq. Guya güzəştli qiymətlərdir. Əvvəl 3,1 qəpiklə orta hesabla elektrik istehlak edirdilər. Hazırda bu 4,3 qəpik olacaqdır. Ümumiyyətlə götürəndə qeyri-əhali üzrə elektirk enerjisinin qiyməti 28,6 faiz artacaq. Qazın qiymətlərinə gəldikdə isə, qeyri-əhali abonentlər üçün qiymətlər 2 dəfə artacaq. Bu isə o deməkdir ki, istehsal xərcləri istənilən formada bahalaşacaq. Eyni zamanda yanacaq və enerji tarifində artımlar transportun da qiymətlərinin bahalaşmasına gətirəcək. Son nəticədə bütövlükdə istehsal və xidmət sferasında bütün növ məhsulların qiymətlərində artım baş verəcək. Ola bilər ki, enerji tutumunun səviyyəsinə görə məhsulların xüsusiyyətinə görə faiz olaraq dəyişsin. Ancaq istənilən formada artım olacaq”.
R.Həsənovun sözlərinə görə, qiymətlərin bahalaşması əhalinin xərclərinin ciddi artımına səbəb olacaq. “Yekun olaraq 2014-cü illə müqayisədə 2017-ci ilin əvvəlində hər bir azərbaycanlılının aylıq ailə xərci 35-40 faiz arasında artacaq. Təbii ki, dəqiq məlumatları müəyyənləşdirmək çox çətindir. Statistik məlumatların bir çox hallarda reallıqdan uzaq olması və məlumatların əlçatanlığının aşağı olması çətinlik yaradır. Ancaq müşahidələr və sorğular müəyyən hesablamalar aparmağa imkan yaradır. Düşünürəm ki, 2017-ci ildə 2014-cü illə müqayisədə əhalinin həyat səviyyəsində 50 faizlik geriləmə olacaq”.

«Artıq 2017-ci il dövlət büdcəsi haqqında Qanun layihəsi Milli Məclisə təqdim olunub və yaxın günlərdə onun müzakirəsi olacaq». Bunu deputat Aydın Mirzəzadə deyib: "Büdcədə maaşlarda, müavinət və pensiyalarda artımın olması gözləniləndir. Ola bilər ki, bununla bağlı atılacaq addımlar barəsində əhaliyə məlumat verilsin"-deyə deputat vurğulayıb.

Bizimyol.info-nun rəsmi “Facebook” səhifəsində mövzu ilə bağlı keçiridiyimiz sorğu nəticəsində izləyicilərimizin fikrlərini öyrəndik.

Şamxal Əliyev adlı oxucumuz yazır ki, maaş və pensiydan əlavə yeni doğulan körpələrə ayrılan vəsait artırılımalı, səhiyyə və təhsil sistemində köklü dəyişikliklər olmalıdır: “Dövlət hesabına xaricdə təshil alan tələbələrin yenidən ölkəyə gətizdirib adiyyatı orqanlara yerləşdirmək gərəkdir. Ən azından o tələbələr yerli məmurlar kimi rüşvətə meyilli olmazlar”.

Elnur Rəfiyev deyir ki, bizə «130 manata dolan» deyirlər: “Deputatlar 2000 manata üsyan edirlər ki, qaldırın. İndi sizcə qane edər bizi bu vəsait?”.

Fikrət Nəzərli yazır ki, bu gün Azərbaycanda pensiya 500, hərbçilərin maaşı 1000, fəhlənin maaşı 750, süpürgəçilərin maaşı 450, ofisiantın maaşı 600 manat olsa, onda dolanmaq olar: “Yoxsa 150 manatla, 200 manatla Azərbaycanda yaşamaq qeyri- mümkündür”.

Niyaməddin Kərimov deyir ki, bəs maaş və pensiya almayanlar neyləsin. Heç onu düşünən olubmu? “Mənim ailəm 5 nəfərdən ibarətdir. Heç yerdə də işləmirəm. Qaz, işıq, su pulunu hardan tapım verim heç bilmirəm. İş güc də yoxdur ki, işləyək, nökərlik edək”.

Əli İsmayılov pensiyaların 300, maaş 500, Tehran Həzili 800 manat, Sədrəddin Sədi qaz pulu neçə faiz qaldırıblarsa o qədər, Əmrah Vəliyev gənc üçün 500, ailəli üçün 1000 manat maaş, Gülay Yasinli 1 uşaqlı ailə üçün 1200 manat maaş, pensiya 500 manat, Aytən Əlizadə ən azı 700-800 manat, Aysel Mürvətova isə 1500 manat maaş olarsa, bahalşamanın kompensasiya olacağını yazıb.

Aysel İsgəndərli


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI