PARADOKS

AKTUAL

İşsiz olanlara şad xəbər

13-10-2016, 22:24
  •     
  • Ölkə |
  •  Oxunma:

İşsiz olanlara şad xəbər İşdən çıxarılan da, öz ərizəsilə çıxan da sığorta ala biləcək.


"İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.


Sığorta ödənişinin məbləği işçinin təcrübəsindən və işsiz qaldığı müddətdən asılı olacaq. Yəni işçinin təcrübəsi çox olarsa, sığorta ödənişi də yüksək olacaq, işsiz qaldığı müddət artdıqca isə əksinə, ödəniş azalacaq.


İşsiz qalan şəxs bu müddət ərzində iş tapa bilməzsə və yenidən sığorta ödənişi üçün müraciət edərsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək. Bu imkan verəcək ki, işçilər iş yerini itirən zaman sığorta ala bilsinlər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI