PARADOKS

AKTUAL

Dünyada koronavirusa yoluxanların sayı 500 mini, ölənlər isə 23 mini keçdi - yeni SİYAHI

27-03-2020, 15:17
  •     
  • Ölkə |
  •  Oxunma: 13

Dünyada koronavirusa yoluxanların sayı 500 mini, ölənlər isə 23 mini keçdi - yeni SİYAHI Koronavirus (COVİD 19) infeksiyasına dünyada yoluxma və bu virusdan ölüm sayı artmaqda davam edir. Bəzi ölkələrdə bu artım iki gündür ki, daha da sürətlənib.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, yoluxmaya görə ümumi göstəricilər üzrə ilk beşlikdə Çin, İtaliya, Amerika, İspaniya və Almaniya gəlir. Artıq bir həftəyə yaxındır ki, bu göstərici dəyişməz olaraq qalır.

Çində son saatlarda koronavirusa 67 nəfər yoluxub, 6 nəfər isə dünyasını dəyişib. Bu ölkədə ümumi yoluxma sayı 81 min 285, bu vaxta qədər ümumi ölənlərin sayı 3 min 287 nəfərdir. Çində artıq bir həftəyə yaxındır ki, ümumi yoluxma sayı 3-4 min arasında qərarlaşır. Gündəlik ölüm halları isə 10 nəfərdən az olur. Çində gündəlik yoluxma ötən günlərlə müqayisədə bir qədər də aşağı olub. Onu da bildirək ki, Çinin bir çox şəhərlərində artıq karantin rejimi aradan qaldırılıb.

Çindən sonrakı sırada bir həftədən çoxdur ki, İtaliya yer alıb. İtaliyada son saatlarda 6 min 153 nəfər bu virusa yoluxub. Bir neçə saat ərzində ölənlərin sayı isə 662 nəfərdir. İtaliyada bu cür göstərici demək olar ki, hər gün təkrarlanır. Ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 80 min 539, ümumi ölüm halları isə 8 min 165 nəfərdir. Bu gedişlə ekspertlər bildirirlər ki, İtaliya yoluxanların sayına görə də yaxın saatlarda Çini geridə qoyacaq.

Dünyada koronavirus infeksiyası ilk dəfə Çində yayılsa da, hazırda İtaliya ümumi ölüm sayına görə Çini arxada qoyub.

İtaliyadan sonrakı sıraya bir həftəyə yaxındır ki, ABŞ yüksəlib. ABŞ-da bu gün dünya üzrə ən çox yoluxma halı qeydə alınıb. Belə ki, son saatlarda Amerikada yoluxanların sayı 7 min 454 nəfərdir. Ötən bir neçə saat ərzində Amerikada bu infeksiyadan ölənlərin sayı isə 73 nəfərə çatıb. Amerikada koronavirusa ümumilikdə 75 min 665 nəfər yoluxub. İndiyədək 1100 nəfər dünyasını dəyişib.

Son 24 saat ərzində İspaniyada 6 min 682 nəfər yoluxub, 498 nəfər ölüb. Bu ölkədə koronavirusa ümumi yoluxan 56 min 197, ümumi ölən isə 4 min 145 nəfərdir. Artıq bir neçə gündür ki, İspaniyada da yoluxma və ölüm sayı sürətlə artır.

Almaniyada son saatlarda 6 min 323 nəfər yoluxub, 33 nəfər isə ölüb. Ümumilikdə Almaniyada 43 min 646 nəfər yoluxma, 239 nəfər ölüm halı qeydə alınıb. Almaniyada da ölüm və yoluxma sayı durmadan artır.
Hazırda dünya üzrə koronavirusdan ölənlərin sayı 23 mini keçib. Belə ki, artıq 23 min 28 nəfər bu virusun qurbanı olub.

Son rəqəmlərə görə, yoluxanların ümumi sayı 510 min 644, sağalanların sayı isə 122 min 245 nəfərdir. Hazırda 365 min 371 xəstə müalicə alır. Onlardan 18 min 538 nəfərinin vəziyyəti ağırdır. Bu isə ümumi xəstələrin 5 faizini təşkil edir.

7f46607a-2989-43ed-8263-5838cb42a1de.jpg (93 KB)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI