PARADOKS

AKTUAL

95 il öncə yasaqlanmış silah və ya superdövlətlərin süpürləşməsi – bioloji qətliam

26-03-2020, 18:22
  •     
  • Ölkə |
  •  Oxunma: 17

95 il öncə yasaqlanmış silah və ya superdövlətlərin süpürləşməsi – bioloji qətliam Dünyanın qüdrətli ölkələri ilk dəfə hələ uzaq 1925-ci ildə, sonradan daha bir dəfə də 1972-ci ildə bir araya gələrək kimyəvi və bioloji silahların yaradılmasını və istehsalını qadağan edən konvensiya imzalayıblar. 1972-ci ildə imzalanan konvensiyaya iki qarşı duran sistemin, hər sahədə, xüsusilə də sürətlə silahlanma sferasında bir-birilə amansız rəqabətdə olan iki güclü hərbi blokun (NATO və Varşava Müqaviləsi Təşkilatı) liderləri – ABŞ və SSRİ də qoşulub.

Məxfi laboratoriyalara keçid

Ancaq sonradan bəlli olub ki, hər iki dövlət sadəcə müvafiq fəaliyyətlərini “tamamilə məxfi” qrifinə keçiriblər və atom, hidrogen, neytron bombaları kimi kütləvi qırğın silahları ilə yanaşı, gizli laboratoriyalarda milyonlarla insanı məhv edə biləcək bakterialar, basillər, sporlar hazırlayblar. Aydın məsələdir, qüdrətli dövlətlərin bir-birinə inamı, etibarı olmayıb və ehtiyatı əldən verməyiblər. Biri düşünüb ki, o biri mütləq gizli şəkildə qadağan olunmuş silah hazırlayacaq, Bu biri də düşünüb ki, o da elə edəcək. Nəticədə ikisi də haqlı çıxıb. İkisi də hazırlayıb.

Картинки по запросу "sibir"

50 dövlətin birləməsindən ibarət olab ABŞ-da və Yer üzündə ən böyük əraziyə malik olan SSRİ-də gizli laboratoriyaların, kütləvi qırğın silahları istehsal edən müəssisələrin tam məxfi fəaliyyətini təmin etmək üçün insan ayağı dəyməyən yerlər tapmaq, onları casusların gözündən uzaq məkanlarda inşa etmək çətin olmayıb. ABŞ-ın Nevada, El-Paso, Merilend kimi məkanları olubsa, Rusiyanın da intəhasız Sibir çöl və meşələri vardı. SSRİ və ABŞ kəşfiyyatı nə qədər səylə işləsə də, o gizli silah müəssisələrinin, anbarlarının az bir qisminin yerini öyrənə bilirdi. O yerlərə sözün birbaşa mənasında quş da uçub keçə bilməzdi.

Hegemonlara ayaq uzatmağa çalışan dövlətlər

Həm də bu iki dövlət bu sahədə tək olmayıb. Başını onların başına qoşan digər güclü dövlətlər də olub və var. Beynəlxalq terminologiyada onlara “nüvə dövlətləri” deyirlər. Çin, Hindistan, Pakistan, Fransa, İngiltərə, İsrail, Şimali Koreya belə dövlətlərdəndir. Bu dövlətlərin silah arsenalında nüvə başlığı daşıyan ballistik raketlər var. Təkcə nüvə silahıyla kifayətlənməyən, onunla yanaşı, kimyəvi və bioloji silah əldə edib özünü qorumağı düşünənlər də ilk növbədə bu cür “qüdrətli dövlətlər”dir. Sadəcə, İsrail atom bombasına malik olduğunu hələ də etiraf etmədiyi kimi, o biri dövlətlər də bioloji, kimyəvi silahlara malik olduqlarını boyunlarına almırlar. Çünki ortada qadağanedici beynəlxalq konvensiya var.

Acından ölən “qüdrətli dövlət”in böyük silahları

Картинки по запросу "биологическое оружие супердержав"



Hazırda bu istiqamətdə çalışan, var gücü ilə hər cür silah toplayan dövlət Şimali Koreyadır. Dünyanın ən kasıb ölkələrindən biri olan, əhalisi acından ölən Şimali Koreyanı heç cür “qüdrətli dövlət” adlandıraq olmaz. Amma rəsmi Pxenyanın əlində nüvə başlığı daşıyan ballistik raketlər var, üstəlik, bakterioloji silah yaratmaq sahəsində ciddi layihələr həyata keçirir. Kim Çen In rejimi o silahları nə vaxt kimə qarşı işlədəcək, bəlli deyil.

Ancaq elə bir dönəm yetişir ki, bu cür silahlar epizodik planda işlədilir. Məsələn, Səddam Hüseynin dönəmində, 1988-ci ildə İraqın Hələbcə şəhərində üsyankar kürdlərə qarşı kimyəvi silah işlədilmişdi və yüzlərlə dinc insan öldürülmüşdü. Sonradan o silahlar İŞİD terror qruplaşmasının əlinə keçib və istər ABŞ ordusuna, istərsə də başqa düşmənlərə qarşı istifadə olunub. Kütləvi qırğın silahlarının ən qorxulu yanı da elə budur – bir gün terrorçu qruplaşmaların və ya başıxarab müstəbidin əlinə keçər və onun istifadəsinə dair əmr verilər.

Hər kəsin öz düşməni, öz səbəbi

Böyük dövlətləri bu cür silahları əldə etməyə vadar edən səbəb birmənalı olaraq yaxınlıqdakı düşməndir. Əgər SSRİ və ABŞ bir-birini düşmən hesab edir və bir-birindən qorunmaq üçün kütləvi qırğın silahı düzəldirdilərsə, Hindistan və Pakistan da eyni səbəbdən “güclü silah” tədarük etməyə girişmişdi. Çinin qorxusu da Yaponiya, ABŞ və Rusiya kimi dövlətlərdir. Bütün qonşularıyla düşmən olan İsrailin də başqa bir motivi yoxdur. O da özünü düşmənlərin əhatəsində hiss edir və öz təhlükəsizliyini effektiv silaha malik olmaqda görür. Şimali Koreya isə ən böyük düşmən olaraq Cənubi Koreyadan və onun havadarı ABŞ-dan ehtiyat edir.

Картинки по запросу "nüvə dövlətləri"

Maraqlıdır ki, dünya liderləri kimyəvi və bioloji silahların necə təhlükəli olduğu barədə fikrə uzaqmənzilli ballistik raketlərin təhlükəli olmasına dair qənaətdən daha öncə gəliblər.

Bunun əsas səbəbi odur ki, atom bombası düşdüyü yeri və ona yaxın əraziləri məhv edirsə, bioloji silahın kiçik, el arasında “çubuş” adlandırılan 250 qramlıq rus arağı boyda bir kolbasının kütlə arasında sınması, sındırılması milyonlarla insanın ölümünə səbəb ola bilər.

“Yaxşı silahdır, heç nəyi dağıtmır, eləcə insanları öldürür”

Lap əvvəl də bioloji silahdan istifadə işğalçılıq niyyətində olan dairələrə daha sərfəli müharibə üsulu kimi görünüb (deyəsən, hələ də elə düşünənlər var). Düstur belədir: bioloji silahı istifadə edirsən, o həmin dairədəki insanları məhv edir, digər canlılara ya toxunmur, ya da az ziyan vurur, əvəzində yollar, körpülər, tunellər, tikililər dağılmır və işğalçı ordu müqavimətsiz irəliləyərək nəzərdə tutulan ərazini ilhaq edir. “İnsan yoxdur, problem yoxdur”. Amma bu insansız, təhlükəli viruslar qaynaşan tikililər, ərazilər necə istifadə olunacaq - sonrakı işdir.

Картинки по запросу "çernobıl şəhəri"

Lakin sonradan sağlam düşüncəli siyasi xadimlər anlayıblar ki, bu, silahı düşmənə tətbiq edən tərəf özünü ondan sığortalaya bilməz. Bakteriyaların bölünməsi yolu ilə artan viruslar bir insandan digərinə yoluxmaqla bir neçə saatın, günün içində milyonlarla insanı, o cümlədən onu işlədənlərin özünü də sağalmaz xəstəliklərlə üz-üzə qoya bilər.

Görünür, 1972-ci ildə bu cür silahları hazırlayan alimlər qüdrətli dövlətlərin və beynəlxalq təşkilatların baında duran siyasi xadimləri bu cür silahların məhvedici gücü barədə müfəssəl bilgiləndiriblər. Elə ona görə də 1925-ci ildə də bu cür silahları qadağan edən Cenevrə protokolu yenilənib.

Tarix boyunca bioloji silah tətbiqləri

Düşmənə qarşı bioloji silah işlədilməsi hadisəsinə dair tarixə bəlli olan ilk fakt 1346-cı ildə baş verib. Ehtimal olunur ki, Canıbek xan o vaxtkı Qaf (müasir Feodesiya) şəhərini işğal edə bilmədikdən sonra qalaya vəbadan ölmüş adamın meyidini atdırıb. Şəhərdə epidemiya başlayıb. Qafdan qaçan tacirlər vəbanı özləriylə Avropaya aparıblar və orada epidemiyaya səbəb olublar.

1793-cü ildə ingilis hərbçiləri Hindistanda onlara müqavimət göstərənlərin arasında çiçək xəstəliyi yayıblar. Bundan ötrü onlar Pitt adlı dəniz qalasını müdafiə edənlərin düşərgəsinə çiçək xəstəliyinə bulaşdırılmış adyal göndəriblər.
1942-ci ildə Böyük Britaniya Almaniya ilə müharibədə Sibir xorasının viruslarını yaymaq istəyib. Bundan ötrü Qraynard adasında silahın sınağı keçirilib. Ada Sibir xorası sporları ilə tam sirayətlənib və 49 il ərzində, 1990-cı ilə qədər karantində saxlanılıb.

Картинки по запросу "vəba xəstəliyi"

1939—1945-ci illərdə Yaponiya Monqolustan və Çinə qarşı müharibədə bioloji silaha əl atıb. Bundan başqa, bu silahın Xabarovsk, Blaqoveşensk, Çita və Ussuriyskdə tətbiqi də nəzərdə tutulub. Sonradan ABŞ ordusu bakterioloji silaha aid bilgiləri onu təltbiq edənlərin təqib edilməməsi qarşılığında alaraq Merilend ştatının Fort-Detrik şəhərində yaratdıqları bakterioloji mərkəzdə istifadə edib.

Almaniya-SSRİ müharibəsində də bioloji silahdan istifadə olunub. Don və Volqa civarında qoşunların təmas xətti arasında qalmış yiyəsiz taxıl məhsullarından gen-bol yeyib nəsil artıran gəmiricilər tulyaremiya xəstəliyinin daşıyıcısına çevriliblər. Şaxta düşəndə gəmiricilər kütləvi şəkildə isti yerlərə - kazarmalara, blindajlara, ordunun texnika qarajlarına cumublar və xəstəliyi yayıblar. Sovet tərəfi tulyaremiya epidemiyası barədə məlumatlı olduğu üçün əsgərlərin yoluxmasına qarşı peyvənd işləri həyata keçirib, almanlar isə bu epidemiyadan xəbərsiz olub, kütləvi şəkildə xəstəliyə yoluxublar. Nəticədə sovet qoşunları 1942-ci ilin noyabrında Stalinqrad həndəvərində hücuma keçəndə almaniyalı əsgərlər döyüş qabiliyyətində olmayıblar, kütləvi şəkildə hospitallarda müalicə alıblar.

Çeşidli biobombaların tətbiqat üsulları

Картинки по запросу "биологическое оружие супердержав"

Müasir dünyada bioloji silahın tətbiqi aşağıdakı üsullarda ola bilər: raketlərin döyüş başlığıyla, aviasiya bombalaryla artilleriya minaları və mərmiləri ilə, təyyarədən atılan kisə, qutu və konteynerlərlə, hava-uçuş aparatlarından əraziyə böcəklər səpən xüsusi aparatlarla, digər təxribat metodlarıyla.

Göründüyü kimi, bakterioloji silahın istifadəsi üçün yollar çoxdur. Bu silahlar isə aşağıdakı qorxulu xəstəlikləri törədə bilir: vəba, taun, Sibir xorası, botulzm və s.

Buş bunkerdən çıxıb, Niksonun yasağını ləğv edib

Картинки по запросу "Corc buş"

2001-ci ilin 11 sentyabrında ərəb terrorçular tərəfindən Nyu-Yorkda əkiz qüllələrin, Vaşinqtonda Pentaqon binasının sərnişin təyyarələrilə taran edilərkən yeraltı bunkerdə gizlənmiş prezident Corc Buş sağ-salamat yerin üstünə çıxandan sonra sərt qərarlar qəbul edib. Onlardan biri də 1972-ci ildə prezident Riçard Niksonun qoyduğu rəsmi yasağın ləğv edilməsi, bioloji silaha dair təhqiqat və sınaqların aktivləşdirilməsi olub. Buş bəyan edib ki, artıq ABŞ yeni viruslar üzərində işləyir və onların mənzil başına çatdırılması üçün yeni sistemləri təhqiq edir.

Hakimləri kim mühakimə edəcək?

Bəs hazırda dünyada misli-bərabəri görünməmiş ajiotaj yaradan, hər gün yüzlərlə adamın ölümünə səbəb olan COVİD-19 virusunun bioloji silah olub-olmaması barədə son qənaətlər necədir.

Картинки по запросу "g-8 sammiti"

Hələ ki heç bir dövlət bu “virus”a yiyə durmur. Sona qədər də belə olacaq. Hətta daşdan keçən dəlillərlə sübut olunsa da ki, bu virus filan dövlətin filan şəhərindəki gizli laboratoyiyada hazırlanıb və filan üsulla yayılıb, yenə də ittiham olunan dövlət iddiaları yaxın qoymayacaq və bunu ona sübut etmək bir neçə onillik ərzində mümkün olmayacaq. Çünki bu silah sırf qüdrətli dövlətlərin arsenalındadır, onların bir çoxu isə BMT-nin Təhlükəsizlik Şurasının üzvlərdir, Haaqa məhkəməsinin təsisçiləridir, ATƏT-in, G-7-nin qurucularıdır. Dünyanı onlar idarə edirlər, kim onlara məhkəmə qura bilər?

İndilikdə bəzi dövlətlər bir-birini üstüörtülü şəkildə bioloji silah tətbiqində ittiham edirlər. Üçüncü, beşinci dərəcəli rəsmilər bu xüsusda cürətli bəyanatlar verir, ertəsi gün təkzib edirlər. Media bu mövzuda uzağa gedən versiyaları tirajlayır, xəbər kirliliyi yaradırlar. Nəticədə hər hansı bir nəticəyə gəlmək olmur.

... Qətl qurbanı olan meyit(lər) ortadadır, əli qanlı qatil(lər) də ətrafda gəzişir, amma “qətl hadisəsi olmayıb” deyirlər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI