PARADOKS

AKTUAL

Su-27 Qara dənizə düşdü - Son dəqiqə

26-03-2020, 04:54
  •     
  • Ölkə |
  •  Oxunma: 18

Su-27 Qara dənizə düşdü - Son dəqiqə Rusiyaya məxsus Su-27 hərbi təyyarəsi Qara dənizə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İnsident yerli vaxtla saat 20:10-da qeydə alınıb.

Məlumata görə, planlaşdırılmış uçuşlar həyata keçirən “Su-27” qırıcı təyyarəsi Feodosiyadan 50 kilometr məsafədə, Qara dəniz üzərində radarlardan itib.

Pilotun axtarışına və xilas edilməsinə Cənub Hərbi Dairəsinin axtarış və xilasetmə xidmətinin qüvvə və vasitələri, o cümlədən “An-26” təyyarəsi və “Mi-8” helikopteri cəlb olunub.

Politun axtarışlarının əlverişsiz hava şəraiti ilə əlaqədar çətin olduğu bildirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI