PARADOKS

AKTUAL

İspaniyanı dəhşətə gətirən xəbər: Çoxlu sayda kimsəsiz insanlar evlərdə ölü tapılır,video

25-03-2020, 16:42
  •     
  • Ölkə |
  •  Oxunma: 22

İspaniyanı dəhşətə gətirən xəbər: Çoxlu sayda kimsəsiz insanlar evlərdə ölü tapılır,video
İtaliyada koronavirusdan ölüm halları asta-asta azalsa da, İspaniyada virus qurbanlarının sayı sürətlə artır. Əvvəlki sutka ərzində ölkədə 539 yeni ölüm faktı qeydə alınıb.

Amma bu gün ispan hökumətinin verdiyi açıqlamadan bəlli olub ki, bu rəqəm də reallığı əks etdirmir və əslində ölənlərin sayı əhəmiyyətli dərəcədə çoxdur. Ölkədə ordu qüvvələri pandemiyaya qarşı mübarizəyə cəlb edilib və elə əsgərlər uçota alınmayan dəhşətli ölüm hallarını aşkarlayıblar.

Bizimyol.info xəbər verir ki, ölkə boyunca evlərdə çoxlu sayda tənha və köməksiz qocalar aşkarlanıb. Onların arasında öz yatağında köməksiz halda ölmüş yaşlılar da tapılıb. Xəstəliyin əldən saldığı ahıllar yataqdan belə qalxa bilməyiblər və həyatla vidalaşıblar.

Aşkarlanmış faktlar bütün ölkəni dəhşətə gətirib. Prokurorluq orqanları faktla bağlı cinayət işi açıblar. Tənha qocaları yoxlayıb sosial dəstək verməyə borclu olan qurumlar bu ölüm hadisələrinə görə cavab verməli olacaqlar.

İspaniyada gizli ölüm hallarının daha çox olduğu ehtimal olunur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI