PARADOKS

AKTUAL

Koronavirusla bağlı Bakıda yayılan səs yazısı həqiqəti əks etdirmir – RƏSMİ

24-02-2020, 21:32
  •     
  • Ölkə |
  •  Oxunma: 37

Koronavirusla bağlı Bakıda yayılan səs yazısı həqiqəti əks etdirmir – RƏSMİ Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatı yayılıb.

Musavat.com-a göndərilən həmin məlumatın məzmunu belədir:

Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir.

Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI